On min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb

Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.
APA-nın məlumatına görə, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz məqsədilə aldığı, ümumi dəyəri 10 min manat olan məişət əşyalarının oğurlandığını bildirib.
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Baku 2015 18:43
Baş Prokurorluq üç Rusiya vətəndaşını terrorçuluğa çağırışlara görə beynəlxalq axtarışa verib























