Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb

Qazax rayonunda 33 yaşlı Xanlar Vəkilovun bıçaqlanmasının təfərrüatı məlum olub. Bu barədə Oxu.az məlumat yayıb.
Hadisə bir neçə gün öncə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb.
Məlumata görə, hadisə söyüşə görə baş verib. X.Vəkilov orta məktəb şagirdini söyüb. Şagird də həmin gün axşam saatlarında evdən götürdüyü bıçaqla X.Vəkilova zərbələr endirib.
Hadisə nəticəsində bıçaqlanan şəxs Azərbaycanın mərhum Xalq şairi Səməd Vurğunun əmisi nəvəsidir.

Son xəbərlər 
Daha çox 






















