Azərbaycan ordusunun zabiti şəhid oldu
![Azərbaycan ordusunun zabiti şəhid oldu Azərbaycan ordusunun zabiti şəhid oldu](https://anews.az/photo/850x500/2015-12/1449472834_5a8ee48f-227a-48cc-8f9d-0a52d75dc648.jpg)
Düşmən tərəfindən açılan atəş nəticəsində Silahlı Qüvvələrimizin zabiti baş leytenant Mollayev Abdulla Molla oğlu ağır yaralanıb.
Bu barədə ANN.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, yaralı zabit hospitala çatdırılaraq əməliyyat olunub. Ancaq buna baxmayaraq hərbi qulluqçu vəfat edib: "Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!"
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər