• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Qəhrəman nişanı və “Şah İsmayıl” ordeni qızıldan olacaq - Fotolar

Milli Qəhrəman nişanı və “Şah İsmayıl” ordeni qızıldan olacaq - Fotolar
09.12.2015 19:00
Azərbaycanın Milli Qəhrəmanı xüsusi nişanı və "Şah İsmayıl” ordenin təsviri və tərkibi dəyişdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Azərbaycan Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” və "Azərbaycan Respublikasının "Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” qanunlara dəyişikliklər edilir.
 
 
"Azərbaycan Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nişanın ilgək və halqa vasitəsi ilə 27 mm x 20 mm olan ölçüsü dəyişdirilərək ilgək, halqa və 40 mm enində üçkünc element vasitəsilə 37 mm x 50 mm ölçüdə edilir. Qanunun 1.2.2-ci maddəsində isə "qızıl suyuna çəkilmiş” sözləri "qızıldan” sözləri ilə əvəz edilir.

"Azərbaycan Respublikasının "Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” qanuna təklif edilən dəyişikliyə görə isə ordenin təsviri belə verilir: "Azərbaycan Respublikasının "Şah İsmayıl” ordeni biri digərinin üzərində yerləşdirilmiş, biri digərinə nisbətən ox ətrafında dönmüş iki səkkizguşəli ulduzdan ibarətdir. Arxa şüalar platindən, ön şüalar isə qızıldandır. Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunub. Lövhənin aşağısında "Şah İsmayıl” sözləri yazılıb”.

Ordenin hazırda qüvvədə olan təsviri isə belədir: "Şah İsmayıl” ordeni düzgün səkkizguşəli ulduz şəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. Arxa tərəfi hamar səthlidir, ortasında "Şah İsmayıl” yazılıb, ondan aşağıda ordenin nömrəsi həkk olunub”.

 

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 18-də müzakirəyə çıxarılacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol