• $
  • €
  • ₽
  • ₺
  • £

BANM-da beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirilir

BANM-da beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirilir
14.12.2015 11:54
Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları İnstitutunun (TSİ) auditorları beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirirlər. Bununla əlaqədar olaraq, BANM-də  TSİ-nin nümayəndələrinin iştirakı ilə iclas keçirildi.
İclasda  öncə SOCAR-ın "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi dərin ehtiramla anılaraq bir dəqiqəlik sükutla yad edildi. BANM-in rektoru Elmar Qasımov bildirdi ki, neftçi peşəsi qəhrəmanlıq tələb edən bir peşədir. O,  bu sahənin ölkə iqtisadiyyatının inkişafı üçün, neft-qaz sənayesi üçün vacib bir sahə olduğunu vurğuladı. Elmar Qasımov Azərbaycan xalqının, o cümlədən Ali Məktəbin professor-müəllim heyəti və tələbələrinin fədakar neftçilərin xatirəsini hər zaman əziz tutulacağını dedi. O, neftçi peşəsini seçən Ali Məktəb tələbələrinə mətin, cəsur olmağı tövsiyə etdi. BANM-də üç modul üzrə İSO beynəlxalq standartının tətbiq edildiyini və ildə bir dəfə audit yoxlaması keçirildiyini deyən rektor BANM-in digər modullar üzrə standartların əldə olunmasına çalışdığını vurğuladı. O, bu istiqamətdə işlərin sürətlə aparıldığını bildirdi. Elmar Qasımov TSİ nümayəndələrinə bütün strukturlarda apardıqları yoxlamalarda hərtərəfli təftiş etməyi xahiş etdi və onlara uğurlar arzuladı. 

TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə bağlı çox üzüldüyünü bildirdi. Azərbaycanın acısının, kədərinin Türkiyənin də acısı olduğunu deyən Səlim Çələbi  qardaş Türkiyə xalqının bu üzüntülü hadisə ilə bağlı kədərləndiyini dedi.  Səlim Çələbi BANM-in ali təhsil müəssisəsi olaraq Azərbaycanda analoji qurumlar arasında öndə gedən Ali Məktəb olduğunu vurğuladı. O, dedi ki, BANM bir çox ali təhsil müəssisələrinin fəaliyyəti və inkişafı üçün nümunədir. BANM-in gələcəkdə digər modullar üzrə yeni standartların əldə olunmasına nail olacağına əminliyini ifadə etdi. O, bildirdi ki, yoxlamalar iki gün ərzində aparılacaq.

Xatırladaq ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti üzrə -  ISO 9001 "Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 "Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikata sahib olub.

Qeyd edək ki, iki gün ərzində keçirilən audit yoxlanışından sonra auditin yekun nəticələrinin açıqlanmasına dair iclas olacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol