• $
  • €
  • ₽
  • ₺
  • £

"Azəriqaz": 500-dən çox Nardaran sakini qazla təchiz olunub

"Azəriqaz": 500-dən çox Nardaran sakini qazla təchiz olunub
14.12.2015 13:03
"Dekabrın 12-dən Bakının Nardaran qəsəbəsinə təbii qazın verilişi bərpa edilib”.
 
Bunu APA-ya açıqlamasında SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələrlə şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.
 
Onun sözlərinə görə, "Azəriqaz”ın əməkdaşları tərəfindən Nardaran qəsəbəsində texniki baxış keçirilən, müqaviləsi yenilənən və sayğac quraşdırılan mənzillərə təbii qazın verilişi dekabrın 12-dən bərpa edilib: "Təxminən 500-dən çox abunəçi təbii qazla təmin olunub”.
 
İ. Kərbəlayev qeyd edib ki, qəsəbənin digər küçələrinə də qaz verilişi mərhələli şəkildə həyata keçiriləcək: "Hazırda digər küçələrdə qaz xətlərinin üzərində qeyri-qanuni birləşmələr əməkdaşlarımız tərəfindən ləğv olunur, mənzillərə texniki baxışlar keçirilir. Həmin təmizləmə işləri bitdikdə, abunəçilərlə yeni müqavilə bağlanıb, sayğaclar quraşdırıldıqdan sonra digər küçələrə də mərhələli şəkildə təbii qazın verilişi bərpa olunacaq”.
 
Nardaran sakinləri APA-ya bildiriblər ki, qəsəbəyə qazla yanaşı, suyun da verilişi bərpa edilib, su sayğacları quraşdırılıb.
 
Xatırladaq ki, Nardaran əhalisinin təbii qaza görə dövlətə olan borcu isə 1,376 mln. manat təşkil edir. Bunun 387,33 min manatı 2013-cü il, 558,624 min manatı 2014-cü il, 450,363 min manat isə bu ilin 10 ayı üçün olub.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 mln. manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb.
 
Həmçinin Azərbaycan hökuməti "Azərişıq” ASC, "Azərsu” ASC, "Azəriqaz” İstehsalat Birliyi və "Azəravtoyolservis” SC rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol