Səfirlik: “Azərbaycanın Tehrandakı səfirliyi qarşısında hər hansı etiraz aksiyası keçirilməyib”

"Azərbaycanın Tehrandakı səfirliyinin qarşısında hər hansı etiraz aksiyası keçirilməyib”.
Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən bildirilib. Səfirlikdən deyiblər ki, aksiya Təbriz şəhərində keçirilib: "Təbrizdə olan hadisə dövlətin rəsmi mövqeyini əks etdirmir. Dövlətin rəsmi mövqeyi Xarici İşlər Nazirliyinin bu hadisə ilə bağlı verdiyi bəyanatında öz əksini tapır”.
Qeyd edək ki, İranın "Səhər TV” kanalı bir qrup insanın Nardaran hadisələri ilə bağlı Azərbaycanın Tehrandakı səfirliyi önündə etiraz aksiyası keçirməsi barədə xəbər yayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Son xəbərlər 
Daha çox 






















