• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kişi məzun necə “tibb bacısı” oldu – AÇIQLAMA

Azərbaycanda kişi məzun necə “tibb bacısı” oldu – AÇIQLAMA
16.12.2015 14:33
Sosial şəbəkələrdə Lənkəran Tibb Kolleci tərəfindən Anar Quluzadə adlı məzuna verilən diplomun fotosu müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, məsələ burasındadır ki, diplomda kişi məzuna "tibb bacısı” ixtisasının verildiyi yazılıb.

Bir çoxlarının fotoya münasibəti birmənalı olmayıb. Hətta fotonu məsxərəyə qoyub, gülüş obyektinə çeviriblər. Nəzərinizə çatdıraq ki, qonşu Rusiyada "medsestra” ilə yanaşı, "medbrat” ixtisası da var. Bəs Azərbaycanda belə bir ixtisas var? 

Yoxsa "tibb bacısı” ixtisasına ancaq xanımlar yiyələnə bilər?

Səhiyyə Nazirliyi məsələyə rəsmi münasibət bildirib. 

Mətbuat xidmətinin rəhbəri Liya Bayramova Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanda "tibb qardaşı” ixtisası mövcuddur:

"Nazirlər Kabinetinin "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi haqqında qərarına əsasən, hazırda "tibb bacısı işi” üzrə orta ixtisas təhsili verilir. Səhiyyə müəssisələrində isə "tibb qardaşı” vəzifəsi mövcuddur”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol