• $
  • €
  • ₽
  • ₺
  • £

Mətbuat orqanlarına qanunsuz sponsorluq edənlər cərimə olunacaqlar

Mətbuat orqanlarına qanunsuz sponsorluq edənlər cərimə olunacaqlar
17.12.2015 13:12
Cərimələrin bütün KİV-lərə şamil edilməsi nəzərdə tutulur

Azərbaycanda kütləvi informasiya vasitələrinə qanunsuz sponsorluq edənlər böyük məbləğdə cərimə olunacaqlar. "Report" xəbər verir ki, bununla bağlı məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Məcəllə layihəsinin 386-cı maddəsinə əsasən, kütləvi informasiya vasitələrinə, o cümlədən teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı "Teleradio və radio yayımı haqqında" qanunun və "Kütləvi informasiya vasitələri haqqında" qanunun tələblərinin pozulmasına görə fiziki şəxslər 1 000 manatdan 1500 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək, hüquqi şəxslər isə 8 000 manatdan 10 000 manatadək miqdarda cərimə ediləcəklər.

İnzibati Xətalar Məcəlləsinin hazırda qüvvədə olan 188-ci maddəsinə əsasən, reklamı qadağan olunmuş məhsulların istehsalçıları və onların satışını həyata keçirən şəxslər tərəfindən kütləvi informasiya vasitələrinə (televiziya və radio yayımı istisna olmaqla) sponsorluğa görə 30 manatdan 50 manatadək miqdarda cərimə tətbiq edilir.

Yeni hazırlanan layihədə isə televiziya və radio yayımı ilə bağlı istisna ləğv olunub və cərimələrin bütün KİV-lərə şamil edilməsi nəzərdə tutulub. Daha bir yenilik isə cərimələrin belə qanun pozuntularına yol verən vəzifəli və hüquqi şəxslərlə yanaşı fiziki şəxslərə də şamil olunmasıdır. Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərin cərimə olunması nəzərdə tutulmayıb. 

Qeyd edək ki, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hazırda layihə formasındadır. Bu layihə qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək. İnzibati Xətalar Məcəlləsinin layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol