• $
  • €
  • ₽
  • ₺
  • £

Şaxta Baba, Qar qız olmaq istəyənlərin sayı azalıb

Şaxta Baba, Qar qız olmaq istəyənlərin sayı azalıb
17.12.2015 18:59
Yeni il günlərində Bakıda Şaxta Baba, Qar qız kimi fəaliyyət göstərmək istəyənlərə icazənin verilməsinə dekabrın 20-dən başlanılacaq.

Bunu Trend-ə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Onun sözlərinə görə, artıq Şaxta Baba və Qar Qız olmaq üçün 10 nəfər müraciət edib.

Hazırda bu müraciətlərə baxıldığını deyən Ə.Bağırov adətən, dekabrın 20-25-də müraciətlərin daha çox daxil olduğunu da qeyd edib.

Departament rəsmisi əlavə edib ki, Şaxta Baba, Qar qız və fotoqraflara Yeni il bayramı günlərində bu fəaliyyətlə məşğul olmalarına görə ayrı-ayrılıqda 60 manat dövlət rüsumu ödənilir: "Lakin son vaxtlar fotoqraf kimi işləmək üçün demək olar ki, müraciətlər daxil olmur. Çünki indi hər kəsin telefonu olduğundan Şaxta Baba, Qar Qızla şəkli özləri çəkirlər. Son illərdə Şaxta Baba, Qar Qız olmaq istəyənlərin də sayı azalıb, buna görə müraciətlər də az daxil olur”.

Ə.Bağırov bildirib ki, İnzibati Xətalar Məcəlləsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə xidmətlərin göstərilməsinə görə cərimənin tətbiqini nəzərdə tutur. Buna görə də Şaxta Baba, Qar Qız fəaliyyəti ilə qanunsuz məşğul olmaq istəyənlər 80 manat məbləğində cərimələnə bilərlər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol