• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbdənkənar müəssisələrlə bağlı yeni qaydalar

Məktəbdənkənar müəssisələrlə bağlı yeni qaydalar
19.12.2015 12:03
Azərbaycanda məktəbdənkənar müəssisələrlə bağlı yeni qaydalar hazırlanacaq. 

Bunu Trend-ə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova deyib.

Onun sözlərinə görə, məktəbdənkənar müəssisələrin işinin düzgün tənzimlənməsi, fəaliyyəti haqqında mövcud vəziyyət və gələcək iş planının müəyyənləşdirilməsi üçün yeni hesabat qaydaları hazırlanacaq: "Bu, məktəbdənkənar müəssisələrlə bağlı keçirdiyimiz islahatlardan biridir. Yeni hesabat formasında həm uşaqların dəqiq sayını, həm də onların yaş kateqoriyası üzrə bölgülərini, rüblük və illik işləri əks etdirən bəndlər ayrılacaq, müəssisələrin gələcək planlarının qeyd edilməsi üçün də dəyişiklik ediləcək”.

A.Həsənova deyib ki, yeni hesabat qaydaları məktəbdənkənar müəssisələrə cəlb edilən uşaqların daha dəqiq sayını müəyyənləşdirməyə imkan verəcək: "Təbii ki, bizim uşaqları bir-bir saymaq imkanımız yoxdur. Bunun üçün yeni hesabat qaydasında bəzi məqamların xüsusi qeyd olunmasına çalışacağıq. Təhsil Nazirliyi olaraq, istədiyimiz odur ki, məktəbdənkənar təhsil müəssisələrinə nə qədər, hansı yaş kateqoriyası üzrə uşağın gəldiyini dəqiq bilək. Bunun da əsasında onların maraq dairəsinə uyğun dərnəklər, istiqamətlər təklif ediləcək. Maraqlar üst-üstə düşməsə, tələbat azalacaq, onda görülən işlər də faydasız olacaq”.

Sektor müdiri qeyd edib ki, bu qaydalar hazır olduqdan sonra məktəbdənkənar müəssisələrlə bağlı davamlı monitorinqlərin keçirilməsi nəzərdə tutulur.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol