• $
  • €
  • ₽
  • ₺
  • £

Məişət zorakılığının qarşısını necə almalı? - Hüquqşünas rəyi

Məişət zorakılığının qarşısını necə almalı? - Hüquqşünas rəyi
21.12.2015 14:42
Məişət zorakılığı problemi günü-gündən aktuallaşır. 

Hər gün xəbərlərdə çoxlu sayda ailədaxili zorakılkıqla bağlı xəbərlərə rast gəlmək mümkündür. Bəs bu kimi halların aradan necə qaldırmaq olar?

Hüquqşünas Sunya Ramazanova Qaynar.info-ya açıqlamasında məişət zorakılığının qarşısını necə almasından danışıb.

Hüquqşünasın sözlərinə görə, 2010-cu ildə Azərbaycanda "Məişət zorakılığın qarşısının alınması haqqında” qanun qəbul edilib: "Qanun bir sıra anlayışları, məişət zəminində fiziki zorakılıq, məişət zəminində psixi zorakılıq, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi və məişət zəminində cinsi zorakılıq anlayışlarını fərqləndirir. Məişət zorakılığının qarşısının alınmasının əsas prinsipləri insan hüquq və azadlıqlarının təmin edilməsi, qadınlara qarşı ayrı-seçkiliyin qadağan edilməsi, hər kəsin şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi, şəxsi və ailə həyatı sirrinin qorunması məqsədi ilə konfidensiallığa riayət edilməsi, zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və məişət zorakılığının qarşısının alınması sahəsində dövlət orqanlarının və qeyri-dövlət qurumlarının qarşılıqlı əməkdaşlığıdır. 

Azərbaycanda ən geniş yayılmış zorakılıq, sözsüz ki, məişət zəminində fiziki zorakılıqdır. Sonrakı yerlərdə psixi, cinsi zorakılıq və s. gəlir. Baxmayaraq ki, ailələrdə tez-tez zorakılıq halları baş verir, lakin əksər vaxtlarda bu barədə danışılmır. 

Halbuki, adını yuxarıda çəkdiyimiz qanunda məişət zorakılığı barədə müraciət daxil olduqda onun araşdırlması, şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda həmin şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması nəzərdə tututlur. 

Bir çox hallarda məişət zorakılığının qurbanına çevrilmiş, zərərçəkmiş qadınlar isə bu barədə məlumatlı deyil, bir çoxu isə isə ona münasibəıtdə yol verilmiş əməlin cinayət olduğunu belə qəbul etmir. 

Bəs ailə daxili zorakılıq necə inkişaf edir? İlkin işarə münasibətlərin gərginləşməsi, pozulmasıdır. Qadınlar bu gərginliyə həddən artıq səbr və təmkin nümayiş etdirməklə, zorakılığımn baş verməsinə faktiki olaraq yol açırlar. Gərginlik artdıqca isə zorakılıq və şiddət qaçılmaz olur."

Sunay Ramazanovanın fikirincə bu kimi halların baş verməməsi üçün ilk öncə ailəı daxili münasiqələrin səbəbləri araşdırılmalı, bu səbəblər müzakirə olunmalı, yeri gəlkdikdə mütəxəssisə müraciət olunmalı, problemlər aradan qaldıərlmalıdır: "Məsələn, deyək ki, kişi narkomaniya xəstəliyindən əziyyət çəkirsə və yaxud sipirtli içki aludəçisidirsə, o həkimə müraciət etməyə həvəsləndirilməlidir. Və yaxud hər hansı psixoloji çatışmazlıqdan əziyyət çəkirsə, psixoloqa, psxixatra, psixoloji yardım mərkəzina müraciət edilməldir. 

Azərbaycanda zorakılıqdan əziyyət çəkən qadınlar üçün sığınacaq evləri, dövlət yardım mərkəzləri yaradılıb. Yardım mərkəzlərində zərər çəkmiş şəxslər hüquqi və ya tibbi yardım ala, işlə təmin edilə, yeni peşələrə yiyələnməsinə kömək göstərilə, psixoloji reabilitasiya kursu keçə bilər və s. Zəruri hallarda zərər çəkmiş şəxslər müvəqqəti sığınacaqla təmin edilir. Qadınlar sığınacağa qaynar xətt və ya polis vasitəsi ilə istiqamətləndirilir. Yalnız 14 yaşına qədər oğlan uşaqları anaları ilə bu siğınacaqlarda yerləşdirilir. 

Hesab edirik ki, məişət zorakılığının qarşınının alınmasında ən vacib məslələrdən biri də düzgün yönəltmə və kampaniyaların aparılmasıdır."

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol