• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi “Thomson Reuters”lə müqavilə imzaladı

Təhsil Nazirliyi “Thomson Reuters”lə müqavilə imzaladı
22.12.2015 17:11
Dekabrın 22-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə "Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması mərasimi keçirilib.

ANN.Az xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov çıxışında dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan "Thomson Reuters” şirkəti ilə əməkdaşlığın rəqabətəqabil insan kapitalının hazırlanması siyasətinə əsaslandığını və ölkəmizin inkişaf konsepsiyasına dəstək göstərilməsi məqsədi daşıdığını qeyd edib. Nazir bu əməkdaşlığın Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada  gücləndirilməsinə zəmin yaradacağına əminliyini ifadə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə ali təhsil müəssisələri üçün qlobal  elmi baza olan "Web of Science®” platformasına və "İnCites™” bazasına çıxış imkanlarının yaradılmasının əhəmiyyətini qeyd edib və əməkdaşlıq sənədinin imzalanmasını Azərbaycan elmi üçün mühüm hadisə kimi dəyərləndirib.

"Thomson Reuters”in Dövlət layihələri üzrə prezidenti Sameh Əl-Din Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edib. Sameh  Əl-Din dünyada məşhur elmi platforma olan "Thomson Reuters”ə geniş çıxışın Azərbaycanda elmin inkişafına güclü təkan verəcəyinə, beynəlxalq əməkdaşlığın inkişafına səbəb olacağına və yerli tədqiqatçıların nəşrlərinin sayının artacağına ümidvar olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə "Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə  imzalanıb. Sənədi Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və "Thomson Reuters”in Dövlət layihələri üzrə prezidenti Sameh Əl-Din imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun ölkə alimlərinin beynəlxalq akademik platformaya daha geniş qoşulmasına verdiyi dəstək xüsusi qeyd edilməlidir.

Qeyd edək ki, əməkdaşlıq haqqında müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan "Thomson Reuters Web of Science®” platformasına ("Science Citation İndex Expanded®” (Təbiət elmləri üzrə məlumat bazası), "Social Sciences Citation İndex®” (İctimai elmlər üzrə məlumat bazası), "Arts and Humanities Citation İndex®” (İncəsənət və humanitar elmlər üzrə məlumat bazası), "Conference Proceedings Citation İndex®” (Konfrans, konvensiya, simpozium, kollokvium və "dəyirmi masa”ların materialları üzrə məlumat bazası)), eləcə də şirkətin əsas məhsulu olan "Thomson Reuters İnCites™” bazasına tam çıxış əldə edəcək.

"Thomson Reuters İnCites™” dünya ali təhsil müəssisələri və elmi dairələrinin fəaliyyətinin məhsuldarlığını təhlil etmək imkanı verən elmi tədqiqatların qiymətləndirmə alətidir. Hazırda "İnCites™” platforması dünyanın 7000-dən artıq tanınmış universiteti, tədqiqat institutu, dövlət qurumu və şirkəti tərəfindən istifadə olunur.

"Web of Science®” platforması məlumatlarının təhlili ali təhsil müəssisələrinə tədqiqatların daha səmərəli istiqamətlərini müəyyən etməyə və uğurlu inkişaf strategiyalarının qurulmasına xidmət edir.

Azərbaycanın ali təhsil müəssisələrinin "İnCites™” informasiya platformasında yerləşdirilmış "Journal Citation Reports” məlumat bazasına çıxış imkanları da təmin ediləcək. "Journal Citation Reports”un köməkliyi ilə alimlər öz sahələrinə dair elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara və nəşr üçün daha effektiv şəkildə jurnallar seçə biləcəklər.  

"Science Citation İndex Expanded®” müəllim, tələbə və tədqiqatçılara təbiət elmləri və texnologiya sahəsində lazımi elmi məlumatları toplamaq, biblioqrafik informasiyadan və istinadlar haqqında məlumatlardan səmərəli yararlanmaq imkanı yaradacaq.

"Social Sciences Citation İndex®” və "Arts and Humanities Citation İndex®” bazaları ictimai, humanitar, incəsənət sahələrində nəşrlər və istinadlarla bağlı informasiyaya, "Conference Proceedings Citation İndex®” isə ən önəmli konfrans və səfərlər barəsində dərc olunan materiallara çıxış əldə etmək imkanı verəcək.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol