• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Nardaranda növbəti əməliyyat - 2 nəfər saxlanıldı

Nardaranda növbəti əməliyyat - 2 nəfər saxlanıldı
29.05.2020 04:45
Sabunçu rayonunun Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən növbəti dəfə əməliyyat keçirilib. 

Trend-ə hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qəsəbədə iki mənzildən silah-sursat tapılıb.

Əməliyyat Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi, Çevik Polis Alayı, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi, Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib. Əməliyyat zamanı Nardaran qəsəbə sakini, 1998-ci il təvəllüdlü Hümbətov Balaəli Tasim oğlunun yaşadığı evin zirzəmisindən 2 ədəd 16 aklibir patron və 1 ədəd ov bıçağı, qəsəbə sakini, 1966-cı il təvəllüdlü Bünyatov Sərdar Zeynalabdin oğlunun yaşadığı evin həyətindən isə 36 ədəd tapança patronu aşkar edilib. Faktla bağlı iki nəfərin saxlanıldığı deyilir.

Sabunçu Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər və hazırda əməliyyatın davam etdirildiyi bildirilib. Məlumata görə, hazırda Sabunçu rayonunun hüquq-mühafizə orqanlarının rəhbər işçiləri Nardaran qəsəbəsindədir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Vergilər Nazirliyində yeni təyinat
Cəmiyyət 08:35
Vergilər Nazirliyində yeni təyinat
Nardaranda növbəti əməliyyat - 2 nəfər saxlanıldı
Cəmiyyət 04:45
Nardaranda növbəti əməliyyat - 2 nəfər saxlanıldı
Polkovnik Həmidova Milli Qəhrəman adı verildi
Cəmiyyət 16:09
Polkovnik Həmidova Milli Qəhrəman adı verildi
Prezidentin işdən çıxardığı icra başçısı DANIŞDI
Cəmiyyət 12:06
Prezidentin işdən çıxardığı icra başçısı DANIŞDI
Mirşahin Ağayev xəstəxanaya aparıldı - YENİLƏNİB
Cəmiyyət 13:25
Mirşahin Ağayev xəstəxanaya aparıldı - YENİLƏNİB
Azərbaycanda aktyor teatrda özünü asib - FOTO
Cəmiyyət 11:16
Azərbaycanda aktyor teatrda özünü asib - FOTO
Nardaranlılara kompensasiya verildi
Cəmiyyət 21:25
Nardaranlılara kompensasiya verildi
Azərbaycan ordusunun zabiti şəhid oldu
Cəmiyyət 11:20
Azərbaycan ordusunun zabiti şəhid oldu
Cəmiyyət 10:34
"Günəşli" yatağındakı hadisənin şahidi: "Qayıq 42 nəfərlik idi, amma..." - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol