• $
  • €
  • ₽
  • ₺
  • £

KİV-ə qeyri-qanuni sponsorluq edənlərə sərt cəzalar tətbiq edilir

KİV-ə qeyri-qanuni sponsorluq edənlərə sərt cəzalar tətbiq edilir
25.12.2015 15:40
Azərbaycanda kütləvi informasiya vasitələrinə qanunsuz sponsorluq edənlərə qarşı yeni və sərt cəzalar tətbiq olunur.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 386-cı maddəsində təsbit olunub.
 
Maddəyə görə, kütləvi informasiya vasitələrinə, o cümlədən teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı "Televiziya və radio yayımı haqqında” və "Kütləvi informasiya haqqında” qanunların tələblərinin pozulmasına görə, fiziki şəxslər 1000 manatdan 1500 manata qədər, vəzifəli şəxslər 2500 manatdan 3 500 manata qədər, hüquqi şəxslər isə 8 000 manatdan 10 000 manata qədər cərimələnəcəklər.
 
Mövcud məcəlləyə görə isə bununla bağlı cəzalar 30 manatdan 50 manatadək cərimədir.
 
Azərbaycan prezidenti tərəfindən təqdim edilmiş yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 29-da müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunsa, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol