• $
  • €
  • ₽
  • ₺
  • £

Bulvarın bayram ənənəsi dəyişdi: konsert keçirilməyəcək

Bulvarın bayram ənənəsi dəyişdi: konsert keçirilməyəcək
30.12.2015 13:33
Dekabrın 31-də gecə saat 12-də il dəyişən zaman Bakı Bulvarında atəşfəşanlıq olacaq.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Trend-ə bildirib ki, artıq bulvarda atəşfəşanlıq üçün lazım olan elementlər quraşdırılıb: "Onlar estakadaların üzərində quraşdırılıb".

Hər il bulvar ərazisində Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən konsertin keçirildiyini deyən Idarənin rəis müavini əlavə edib ki, dekabrın 31-də konsert proqramının keçirilməsi nəzərdə tutulmayıb.

N.Məcidov qeyd edib ki, Yeni il bayramı günlərində bulvar ərazisindəki obyektlər paytaxt sakinlərinə və şəhərin qonaqlarına bütün gün ərzində xidmət göstərəcəklər: "Dekabrın 31-də obyektlər müştəriləri məmnun etmək üçün gün ərzində işləyəcəklər. Sonrakı bayram günlərində isə tələbatdan asılı olaraq, iş vaxtlarını uzadacaqlar”.

N.Məcidov qeyd edib ki, attraksionların qiymətlərində dəyişiklik baş verməsə də, iqtisadi böhranla əlaqədar obyektlərdə göstərilən xidmət haqlarının qiymətlərində bahalaşma müşahidə edilə bilər: "Bazarda müəyyən məhsulların qiymətləri qalxıb. Onda təbii ki, bulvarda da qiymətlər qalxacaq. Qiymətlər bazar iqtisadiyyatının qanunları ilə tənzimlənir. Amma süni qiymət artımına qarşı mübarizə həmişə olduğu kimi, bu il də aparılacaq”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol