• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarovun yeni təyin etdiyi müdirdən ilk açıqlama - FOTO

Mikayıl Cabbarovun yeni təyin etdiyi müdirdən ilk açıqlama - FOTO
08.01.2016 15:39
ANN.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olunan Məhəbbət Vəliyeva ilk dəfə ictimaiyyət qarşısına çıxıb və jurnalistlərə açıqlama verib.

O, təhsil nazirinin əmri əsasında ötən il dekabrın 29-da bu vəzifəyə gətirilib. 

Bakıdakı 204 saylı təhsil müəssisəsində məktəb icmalarının yaradılması ilə bağlı pilot layihə çərçivəsində "Sinif icmalarının plan müsabiqəsi" qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə iştirak edən Məhəbbət Vəliyeva məktəb və uşaq münasibətlərinin formalaşmasında valideynlərin rolundan danışıb: "Hər bir valideyn övladının səbirsizliklə böyüməsini, daha yüksək məktəblərdə  təhsil almasını istəyir. Amma valideyn uşaqlarla məktəb dövründə nə qədər çox maraqlanarsa, o zaman öz vəzifəsini keyfiyyətlə yerinə yetirmiş olar. Bu, həmçinin məktəbin də vəzifəsinin layiqincə öhdəsindən gəlməsi deməkdir".
 
 
Məhəbbət Vəliyeva - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri 

Təhsil İdarəsi rəhbərinin sözlərinə görə, təəssüf ki, valideyn məktəb münasibətləri olmadığından ortada müsbət nəticələr çox azdır: "Valideynlərin məktəblərə az gəlməsinin şahidi oluruq. Bu da uşağın təhsilə marağının azalması, savadsızlığın artması, davamiyyətsizliklə nəticələnir. Elə ata-ana var ki, məktəblərdə təşkil olunan adi valideyn iclaslarına belə gəlmirlər”. 

Təhsil məsələləri üzrə ekspert Etibar Əliyev hesab edir ki, məktəb icmlarının gördükləri işlər məktəblilərimizi təhsilə maraqlarını daha da artıracaq: "Həmçinin valideyn məktəb münasibətləri daha sıx olacaq".
 
 
Etibar Əliyev - təhsil məsələləri üzrə ekspert 

Ekspertin sözlərinə görə, bütün valideynlər məktəb icmalarına qoşularsa, yaxşı olar: "Çünki bu birliklər icma formasında təşkilatlanıb məktəbin inkişafına öz töhvəsini verəcək. Bu gün müəllim şagird, valideyn birliyi nə qədər möhkəm olarsa, bu təhsilin keyfiyyətinə də öz təsirini göstərəcək. Bu layihənin özü məktəblərdə canlanmaya daha çox səbəb olacaq".

Orxan Aslanlı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol