Səhiyyə Nazirliyi: Azərbaycanda "donuz qripi" virusuna yoluxma halı aşkarlanmayıb

"Azərbaycanda "donuz qripi" virusuna yoluxma halı aşkarlanmayıb".
Bunu "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.
Nazirlik rəsmisi deyib ki, bu günə qədər "donuz qripi" ilə bağlı Azərbaycanda hər hansı şübhəli hal olmayıb.
Onun sözlərinə görə, ölkədə epidemioloji durum tam stabildir və ciddi nəzarət altındadır: "Əhali arasında yoluxma halı və təhlükəli hal müşahidə olunmayıb".
Qeyd edək ki, Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev bir müddət əvvəl "Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalamışdı. Əmrdə ağır kəskin respirator xəstəlik halları barədə məlumat daxil olduğu halda dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, Respublikanın şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılmışdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Son xəbərlər 
Daha çox 






















