• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da Hindi dili günü qeyd olundu - Fotolar

ADU-da Hindi dili günü qeyd olundu - Fotolar
11.01.2016 13:00
Yanvarın 9-da Azərbaycan Dillər Universitetində (ADU) universitetdə fəaliyyət göstərən Hindistan mərkəzi və Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə "10 yanvar Dünya Hindi dili günü”nə həsr olunmuş tədbir keçirildi.
 
Tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana və onun xanımı Barbara Rana, ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, səfirliyin əməkdaşları, Azərbaycanda yaşayan hindistanlılar və universitetin professor-müəllim heyəti iştirak edirdi.

Tədbirdə öncə iştirakçılara hindi dili haqqında geniş məlumat verildi. Hindi dilinin 258 milyon insan tərəfindən ana dili kimi istifadə edildiyi və dünyada 2-ci böyük dil olduğu qeyd olundu.

Növbəti dəfə ADU-da olmaqdan məmnun olduğunu dilə gətirən Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana tədbirdə iştirak edən hər kəsə təşəkkür etdi. O, səfirliyin ADU-da fəaliyyət göstərən Hindistan mərkəzi ilə birgə bir çox tədbirlər keçirdiyini qeyd etdi. Səfir ADU-da hindi dilinin tədrisini yüksək qiymətləndirdi və bunun iki ölkə arasında olan dostluq münasibətlərini daha da inkişaf etdiriyini vurğladı.

ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev hindistanlı qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirdi. O, hər il universitetə Hindistanşünaslıq ixtisasında təhsil almaq üçün kifayət qədər tələbənin müraciət etdiyini qeyd etdi. O, bu ixtisasda təhsil alan tələbələrin Hindistanın dilini, mədəniyyətini, tarixini yaxından öyrəndiklərini söylədi.

Tədbirin bədii hissəsində müxtəlif şeirlər söyləndi, rəqslər nümayiş olundu.

Daha sonra hindi dilinin geniş təbliğ olunmasında yaxından köməklik göstərdiklərinə görə universitetin Hindistan mərkəzinin əməkdaşlarına və fəal tələbələrə sertifikatlar verildi.

Sonda Hindistanın milli mətbəxindən olan müxtəlif yeməklər qonaqlara təqdim olundu.
 





www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol