• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın tanınmış alimi vəfat etdi

Azərbaycanın tanınmış alimi vəfat etdi
13.01.2016 12:10
O, Prezident təqaüdçüsü olub

 Azərbaycan Texniki Universitetinin (ATU) professoru, Prezident təqaüdçüsü Ayaz Kəngərli vəfat edib.

"Report”un xəbərinə görə, A.Kəngərli universitetin Maşın və mexanizmlər nəzəriyyəsi kafedrasında çalışıb.
Allah rəhmət eləsin!

Qeyd edək ki, A.Kəngərli 1930-cu ildə Naxçıvan şəhərində qulluqçu ailəsində anadan olub. 1947-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbini qızıl medalla bitirib, 1952-ci ildə Azərbaycan Politexnik institutunun mexanika fakültəsini fərqlənmə diplomu ilə bitirərək avtomobil üzrə mühəndis-mexanik ixtisası alıb.
1952-1956-cı illərdə Azərbaycan Respublikası avtonəqliyyat nazirliyinin avtomobil bazalarında işləyib.

1957-ci ilin fevral ayında Azərbaycan Politexnik institutu "Maşın detalları" kafedrasının assistenti vəzifəsinə qəbul edilib, 1960-cı ildə həmin kafedranı baş müəllimi, 1970-ci ildən dosenti, 1990-cı ildə "Maşın və mexanizmlər” kafedrasının professoru seçilib.
A. Kəngərli 1969-cu ildə neft maşınlarının dinamikasına aid namizədlik dissertasiyası müdafiə edib, 1972-ci ildə dosent, 1990-cı ildə professor elmi adını alıb.

A. Kəngərli "Maşın və mexanizmlər nəzəriyyəsi" kafedrasının yara­dıcısıdır, 1970-1982 və 2003-2013-cü illərdə ona rəhbərlik edib. Həmin illərdə kafedranın laboratoriya bazası yaradılıb, kurs layihələrinin mövzuları və yerinə yetirilmə qaydaları müasir səviyyəyə yüksəldilib.

1978-1983-cü illərdə "Avtonəqliyyat" fakültəsinin dekanı, 1994-1999-cu illərdə Universitetin xarici əlaqələr üzrə prorektoru vəzifələrində işləyib.

2002-ci ildə yenidən "Maşın və mexanizmlər nəzəriyyəsi" kafedrasının müdiri vəzifəsinə seçilib.

102 elmi, metodik və tədris əsərlərinin, o cümlədən 2 dərsliyin, 1 dərs, çoxlu sayda metodik vəsaitin, iki ixtiranın müəllifidir. Onun hazırladığı çoxlu sayda işləyən mexanizmlərin animasiyaları "maşın və mexanizmlər nəzəriyyəsi" fənnindən aparılan mühazirələrdə istifadə olunur. A.Kəngərlinin rəhbərliyi ilə 3 aspirant texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya yazıb müdafiə ediblər.

O, respublika, ümumittifaq və beynəlxalq konfranslar və müşavirələrdə çıxışlar edib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol