• $
  • €
  • ₽
  • ₺
  • £

Siyəzənin deputatı rayondakı etiraz aksiyasına münasibət bildirdi

Siyəzənin deputatı rayondakı etiraz aksiyasına münasibət bildirdi
14.01.2016 16:25
"Siyəzəndə baş verən etirazın qiymət artımı və kütləvi işdən ixtisar olmalar ilə heç bir əlaqəsi yoxdur. Bu hadisə sırf AXCP-nin orada törətdiyi təxribatdır. Artıq bunu öyrədilərək iğtişaş yaratmağa sövq edilən və polis tərəfindən saxlanılan yeniyetmələr də ifadələrində etiraf ediblər”.
Bunu APA-ya açıqlamasında rayonun deputatı Tahir Süleymanov deyib.
 
T. Süleymanovun sözlərinə görə, Siyəzəndə unun qiyməti qalxmayıb və sakinlərin də bununla bağlı heç bir narazılığı yoxdur: "Mən ayın 12-dən Siyəzəndəyəm. Burada ağsaqqallarla görüşürük və məsələni aydınlaşdırırıq. Burada bir qrup AXCP-dən, Müsavatdan olan şəxslər var ki, son devalvasiyadan istifadə edib, rayonda təxribat yaramaq istədilər ki, hazırda onlar saxlanılıblar. Saxlanılan yeniyetmələr də etiraf ediblər ki, içkili olublar və həmin şəxslər tərəfindən öyrədiliblər. Yəni onlar camaatı bu yolla aldadıblar. Biz də camaata izah etdik ki, bu, mitinqlə, aksiya ilə borc, kredit problemləri həll olunmur. Bunu yığışaq Yeni Azərbaycan Partiyasının qərargahında müzakirə edək. İndi hazırda hamı dağılışıb və rayonda sakitlikdir”.
 
T. Süleymanov etirazların əsas səbəbinin ona məxsus olduğu bildirilən "Siyəzən broyler”də kütləvi işçi ixtisarı ilə bağlı olması xəbərlərindən də danışıb: "Əvvəla, o müəssisənin mənə heç bir aidiyyəti yoxdur. Bütün bu xəbərlər tamamilə yalan və iftiradır. Bütün siyəzənlilər bilir ki, ora kimə məxsusdur. Amma bir deputat kimi bilirəm ki, o müəssisənin rəhbərliyində bu yaxınlarda dəyişiklik oldu. Artıq yenidən orada işlər başlayacaq. Ora yeni toyuq cinsləri gətirilib ki, müəssisədə daha çox iş olacaq və tədricən də oradan uzaqlaşdırılanlar hamısı yerlərinə qaytarılacaq. Əlavə işçilər də işə götürüləcək”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol