• $ 1.7
  • € 1.9335
  • ₽ 0.020591
  • ₺ 0.0442
  • £ 2.2638

Azərbaycanda yeni Milli Komissiya yaradıldı

Azərbaycanda yeni Milli Komissiya yaradıldı
29.05.2020 12:06
Azərbaycan Prezidenti İlham Əliyev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 

Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumatına görə, sərəncamda bildirilir ki, İSESKO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci ilin 23–27 noyabr tarixlərində keçirilmiş iclasında Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilib. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymət kimi təqdirə layiqdir.

Sərəncamla İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası aşağıdakı tərkibdə yaradılıb:

Komissiyanın sədri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Komissiyanın üzvləri

Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini
İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Rauf Hacıyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Aynur Sofiyeva – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Səyyad Salahlı – Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini
Dağbəyi İsmayılov – Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) baş direktorunun müavini
Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Vasim Məmmədəliyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol