Mazasırdə yol çöküb

Abşeron rayonunun Masazır qəsəbəsində “Zəngilan şəhərciyi” ərazisində yeni inşa edilmiş yolun bir hissəsi çöküb.
Baku TV-nin məlumatına görə, yolun bəzi hissələrində ciddi deformasiya qeydə alınıb. İlkin məlumata əsasən, çökmənin səbəbi son günlər müşahidə olunan intensiv yağıntılarla əlaqələndirilir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























