Baş Prokurorluq: Füzuli hadisələri ilə bağlı hər hansı polis əməkdaşı tutulmayıb

Füzulidə baş verən hadisələrlə bağlı hər hansı polis əməkdaşı tutulmayıb.
Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
E.Sultanov deyib ki, Füzuli rayon Polis şöbəsinin əməkdaşı Samir Səfərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı İlkin İsmayılovun Füzulidə baş verən hadisələrlə əlaqədar tutulması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
www.ann.az
Son xəbərlər 
Daha çox 























