İstanbul-Bakı-İstanbul aviareysləri təxirə salınıb

Yanvarın 17-də "Türk Hava Yolları" şirkətinin İstanbul-Bakı və əks istiqamətdə yerinə yetirilməli olan iki aviareysi təxirə salınıb.
"Report" xəbər verir ki, bu barədə "Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Reyslərinin təxirə salınmasına səbəb İstanbulda gözlənilən fırtına və külək olub.
Qeyd edək ki, ilk təyyarə İstanbuldan yerli vaxtla saat 06:10-da, ikinci təyyarə isə 20:55-də Bakıdan uçmalı idi.
www.ann.az
Son xəbərlər 
Daha çox 























