• $
  • €
  • ₽
  • ₺
  • £

Qorqudun meyiti ailəsinə verildi

Qorqudun meyiti ailəsinə verildi
24.01.2016 11:32
" İran İslam Respublikasının "Kudəkan" xəstəxanasında dünyasını dəyişən 10 aylıq körpə Qorqud Dadaşzadənin meyiti ailəsinə təhvil verilib".

Bu barədə ANS PRESS-ə körpənin əmisi Şəhriyar Dadaşov məlumat verib. Onun sözlərinə görə, Milli Məclisin deputatı Qənirə Paşayevanın Təbriz Konsulluğu ilə danışıqlar aparmasından sonra xəstəxana qalan məbləğin yarısını ödəmək şərti ilə uşağın meyitini verməyə razılaşıb: "Hazırda ailə üzvləri pulun yarısını ödəyərək Qorqudun meyitini xəstəxanadan götürə bilib. Onlar bu dəqiqələrdə meyiti məhkəmə tibbi ekspertiza və patoloji anatomoya birliyinə aparırlar. Orada müayinə edildikdən sonra sənədlər qaydasına salınacaq və uşağın nəşi ölkəmizə gətiriləcək", - deyə körpənin əmisi bildirdi.

10 aylıq Qorqud Dadaşzadə yanvarın 21-də günorta saatlarında İran İslam Respublikasının Təbriz şəhərində yerləşən "Kudəkan" (Uşaqlar) xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib. Adıçəkilən xəstəxananın uşağın cənazəsini yaxınlarına vermədiyi barədə məlumat yayılıb. 


Meyiti qaytarılan uşaq


Qorqud Dadaşzadənin ailə üzvləri ANS TV-yə bildirib ki, 3200 manat borcları olduğuna görə həkimlər uşağın meyitini valdeyinlərinə vermirlər. Ailəyə yalnız pulu ödəyəcəkləri təqdirdə uşağın meyitini verəcəklərini bildiriblər.

Ötən gün məsələ ilə bağl İran İslam Respublikasının Azərbaycandakı səfirliyi də münasibət bildirib. Səfirliyin mətbuat katibi Məhəmmədrza Nəcəfi Qorqud Dadaşzadənin Təbrizin "Kudəkan” xəstəxanasında vəfatına görə təəssüfləndiyini qeyd edib:

"Hər il müxtəlif ölkələrin və o cümlədən Azərbaycan vətəndaşları, minlərlə insan müalicə üçün İrana üz tutur və onların əksəriyyəti İranda aldıqları müalicədən razılıq bildirirlər. Dünyada mövcud olan bütün xəstəxanalar öz xəstələrinin sağalması və şəfa tapmasını istəyir. Hər halda Allahın təqdiri ilə də barışmaq lazımdır”.

M.Nəcəfi deyib ki, görülən tədbirlər nəticəsində 15 min 500 manat borcdan 12 min 300 manatı İranın xeyriyyə cəmiyyəti tərəfindən ödənilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol