• $
  • €
  • ₽
  • ₺
  • £

Qiymət Mehdiyev: "Yayılan məlumatlar tam yanlışdır, heç bir əsası yoxdur"

Qiymət Mehdiyev: "Yayılan məlumatlar tam yanlışdır, heç bir əsası yoxdur"
25.01.2016 19:31
Bəzi sayt və media orqanlarında mənim həyat yoldaşımın guya Türkiyə Respublikasının Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa alması haqqında yayılan məlumatlar tam yanlışdır və heç bir əsası yoxdur.

"Report"un verdiyi xəbərə görə, bu barədə SOCAR-ın Əsaslı investisiya qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyev barəsində yayılan xəbərlərlə bağlı ANS TV-yə müsahibəsində bildirib.

"Dünən bəzi sayt və media orqanlarında mənim həyat yoldaşımın guya Türkiyə Respublikasının Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa alması haqqında həqiqətə qətiyyən uyğun olmayan əsassız məlumatlar yayılmışdı. Bəyan edirəm ki, bu məlumat yalandır və bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm. Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış bu böhtan xarakterli məlumatların bizim konstitusion hüquqlarımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm. Hətta məqalədəki fotoda mənim həyat yoldaşım kimi qələmə verilən xanım həyat yoldaşım deyil. Tamamilə yad, bizə aidiyyəti olmayan şəxsdir. Mənim həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqət elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib. Ev 1/2 pay olmaqla dəyəri 200 min Türkiyə lirəsi (təqribən 60 min ABŞ dolları civarında) dəyərindədir", - deyə o bildirib.

O qeyd edib ki, "Google map"dən çıxarış edərək təqdim olunan şəkillər rəsmi əsası olmayan sənəddir: "Burda 16 deyil, 50 binanı da rəngləyib mənim adıma təqdim edə bilərlər. Bəyan edirəm ki, bu sənəddən əlavə hər hansı villanın sənədini təqdim edənə mən o evi hədiyyə edəcəm. Yoldaşım biznes fəaliyyəti ilə məşğuldur. Düşünürəm ki, normal ailə üçün bu civarda bir mənzilin, yaxud mülkün alınması heç bir problem yaratmaz".

Q.Mehdiyev vurğulayıb ki, yoldaşı həmin tarixdə Türkiyədə olmayıb: "Bunu yoxlamaq o qədər də çətin deyil. Bunu sənədləşdirən adamlar bizə qarşı iftira atan adamlardır. Bu iftiraları yayan adamlarla bir zamanlar bizim dostluq, ailə münasibətlərimiz olub. Bundan bizə qarşı istifadə ediblər və bizə qarşı pul iddiası ilə çıxış ediblər. Bundan sonra da bu iddiaların hamısını mənim çalışdığım şirtkətə qarşı yönəldiblər. Biz də buna qarşı müəyyən tədbirlər görmüşük. Türkiyədə bu adamları hüquq-mühafizə orqanları ilə qarşı-qarşıya qoymuşuq və bunun 5-6 ay müddətinə araşdırması gedib. Azərbaycan da, Türkiyə də hüquqi dövlətdir və hüquqi dövlətdə hər kəs etdiyi əməlin cavabını verməlidir. İki gündür mənim ailəmdə ciddi problemlər, sıxıntılar, psixoloji gərginlik yaşanır. Düşünürəm ki, bu çox çirkin niyyəti həyata keçirən adamlar bunun cavabını verməlidirlər və biz bundan ötrü lazım olan hər şeyi edəcəyik".


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol