• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ürək transplantasiyasının aparılmamasının səbəbləri açıqlandı

Azərbaycanda ürək transplantasiyasının aparılmamasının səbəbləri açıqlandı
29.01.2016 16:06
"Bu gün Azərbaycanda ürək transplantasiyasının bir deyil, bir neçə mərkəzdə aparılmasına heç bir texniki əngəl yoxdur. 

Əsas problem cəmiyyətin bu işə hazır olmamasıdır". 

"Report" xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, deputat Rəşad Mahmudov Azərbaycanda ürək transplantasiyasının hansı səbəblərdən aparılmamasına aydınlıq gətirərkən deyib.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü olan deputat bildirib ki, Azərbaycanda insanlar ailə üzvləri və ya yaxınları dünyasını dəyişəndən sonra onların üzərində ekspertiza işinin aparılmasına, yarılmasına qətiyyətlə qarşı çıxırlar: "Əsas problem də budur". 

R.Mahmudov vurğulayıb  ki, bu problemin dini, yaxud da etnik dəyərlərdən qaynaqlanması mübahisə predmetidir: "Ancaq onu dəqiq bilirəm ki, dində belə bir əngəl yoxdur. Əgər belə əngəl olsaydı, o zaman İranda, Türkiyədə və digər ərəb ölkələrində bu cür əməliyyatlar aparılmazdı. Həyatını itirən birinin əsl ölüm səbəbini araşdırmaq üçün onun yarılmasına icazə verməyən düşüncə ilə yaşayan qohumlarda müəyyən tərəddüdlər olur. Əminliklə deyirəm ki, bu işdə heç bir səhv etmədən bunu etmək mümkündür. Bunun üçün də ailənin və yaxınlarının razılığı mütləq şəkildə olmalıdır".

Ürək-damar cərrahı qeyd edib ki, ürək köçürülməsi də insan sağlam vəziyyətdə olanda yox, ancaq ona beyin ölümü diaqnozu qoyulduqdan sonra həyata keçirilə bilər: "Bunu komada olan insanlarla qarışdırmaq olmaz. Hətta bəzən səhiyyə işçiləri də bunu qarışdırır. Beyin ölümü Azərbaycan Konstitusiyasında da öz əksini tapıb. Belə ki, beyin ölümü həyatın bitdiyi andır. Orqanların hamısı yaşasa da, beyin ölümü varsa insan həyatı bitmiş hesab olunur. Bu ürəklə əlaqəli deyil. Bir faktı da xatırladım ki, bu gün ölkədə 3000-5000 insan orqan köçürülməsi üçün gözləyir. Ölkədə qaraciyər və böyrək köçürməsi reallaşır. Hamısı da canlıdan canlıya köçürülür. Lakin ürəkdə bu mümkün deyil. Bir qəhrəman ailənin ortaya çıxaraq bu təşəbbüsdən çıxış etməsi yaxşı başlanğıc ola bilər. Çünki ölkədə hansısa qərar verildikdən sonra sürətlə inkişaf olur. Hansısa təşəbbüs buna bir qığılcım ola bilər".

Deputat əlavə edib ki, Azərbaycan səhiyyəsi ürək transplantasiyasını icra etməyə çoxdan hazırdır.

R.Mahmudov vurğulayıb ki, çəkisi və boyunun 10 faizi qədər və ya ondan az olan insan öz çəkisində olan xəstə üçün ürək donoru ola bilər: "Yəni, 50 yaşında olan bir insana 12 yaşındakı birinin boyu və ölçüsü uyğun gəlirsə, o donor sayıla bilər".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol