• $
  • €
  • ₽
  • ₺
  • £

Baş epidemioloq “zika” virusuna qarşı tədbirlərdən danışdı

Baş epidemioloq “zika” virusuna qarşı tədbirlərdən danışdı
29.01.2016 15:42
"Zika” virusunun Azərbaycana keçmə ehtimalı sıfıra bərabərdir.

Buna görə də Azərbaycanda "zika” virusuna qarşı qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac yoxdur.

Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Baş epidemioloq "zika” virusunun Azərbaycan üçün xas olmadığını da açıqlayıb: "Bu virus yeni deyil. Vaxtı ilə Afrikada olub. O, illər ərzində mutasiya olunaraq, bir formadan digər formaya keçir. Virusun ölkəmiz üçün xas olan heç bir xüsusiyyəti yoxdur. Bu məsələni şişirtməyə ehtiyac yoxdur. Digər tərəfdən, Azərbaycanda ümumiyyətlə, yoluxucu xəstəliklərə qarşı tədbirlər görülür. "Donuz qripi”nə qarşı olan qabaqlayıcı tədbirləri bu virusa da şamil etmək olar. Çünki hər ikisi virusdur”.

İ.Ağayev qeyd edib ki, "zika” virusunun yalnız hamilə qadınlar üçün təhlükəli olması barədə yayılan məlumatlar da düzgün deyil: "Adi qripin özü də istər uşaq, istər yaşlı üçün, bir sözlə, hamı üçün təhlükə yarada bilər. Ancaq hamilə qadınların hamiləlik müddətində orqanizmi zəiflədiyi üçün onların orqanizmi viruslara qarşı daha həssas olur. Ancaq virusun, o cümlədən "zika” virusunun yoluxma ehtimalı varsa, o, ancaq hamilələr üçün deyil, hamı üçün təhlükəli olur”.

İ.Ağayev həmçinin, əlavə edib ki, istənilən ağcaqanad bu virusu yaya bilməz: "Məsələn, bu virus "Aedes aegypti” növlü ağcaqanad vasitəsilə yayılır. Anopheles cinsindən olan ağcaqanadlar malyariya yayır. Hamı deyir ki, ağcaqanadlar xəstəlik yayır. Bunu yalnız mütəxəssis bilir ki, yalnız dişi ağcaqanad qanı sovurur, xəstəlik keçirir. Erkək ağcaqanadlar qan sovurmur, onların insanlarla işi yoxdur, başqa vasitələrlə qidalanırlar. Ona görə də hər bir ağcaqanad virusu yaya bilməz”.

Xatırladaq ki, "zika" virusuna yoluxma keçən ilin may ayında yalnız Braziliyada qeydə alınmışdı. Hazırda dünyanın 21 ölkəsində bu virusun qeydə alındığı bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, virus qərb yarımkürəsində sürətlə yayılacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol