• $
  • €
  • ₽
  • ₺
  • £

Həlak olan, itkin düşənlərin ailələrinə göstərilmiş yardımların həcmi açıqlandı

Həlak olan, itkin düşənlərin ailələrinə göstərilmiş yardımların həcmi açıqlandı
01.02.2016 17:41
 "Günəşli" və "Neft Daşları"nda qəzada həlak olan, itkin düşənlərin ailələrinə göstərilmiş yardımların həcmi açıqlanıb

SOCAR "Günəşli" və "Neft Daşları"nda baş vermiş qəza nəticəsində həlak olan, itkin düşən işçilərin ailələrinə və təxliyə olunmuş işçilərə göstərilmiş yardımlar barədə məlumat yayıb.
 
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, həlak olmuş və itkin düşmüş 33 nəfərin hər birinin ailəsinə Nazirlər Kabinetinin qərarına əsasən 15000 manat, SOCAR-ın vəsaiti hesabına 5000 manat, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 1000 manat və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 1000 manat məbləğdə maddi yardım edilib.
 
Qəza nəticəsində 11 nəfər həlak olmuş şəxslərlə bağlı göstərilən yardımlar isə bunlardır:
 
- dəfn mərasimləri SOCAR-ın aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirak ilə təmin olunmuş, dəfn və məzar daşlarına çəkilən xərcləri SOCAR-ın vəsaiti hesabına həyata keçirilir;
 
- hər bir ailəyə "SOCAR-ın işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”nin 4.1.1. bəndinə əsasən 2100 manat maddi yardım verilib;
 
- hər bir ailəyə Əmək Məcəlləsinə uyğun olaraq orta əmək haqqının üç misli miqdarında müavinət ödənilib;
 
- "SOCAR-ın işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”nin 4.1.4. bəndinə əsasən azyaşlı uşaqları 18 (əyani qaydada təhsil alırsa 23) yaşa çatanadək hər birinə görə - uşaqlara himayəlik edən ailə üzvlərindən birinə - ayda 262,5 manat maddi yardım verilməsi nəzərdə tutulur.
 
3. Qəza nəticəsində təxliyə olunmuş işçilərə SOCAR-ın vəsaiti hesabından Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alan bir nəfərə 3000 manat, 32 nəfərə isə hər birinə 1000 manat, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 500 manat, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 500 manat göstərilən yardımlar edilib.
 
Həmçinin mənzil növbəsində olan və "Neftçi” mənzil-tikinti kooperativi (MTK) tərəfindən mənzillə təmin olunmuş 3 nəfərin (İman Şura oğlu Qasımovun- 31756,07 manat, Bəhmən Nadir oğlu Cəfərovun - 15523,70 manat, Əbdüləziz İsmayıl oğlu Əbdüləzizovun - 70234,50 manat; cəmi - 117514,30 manat) ödənişi SOCAR tərəfindən həyata keçirilir.
 
Bundan əlavə, həlak olmuş və itkin düşmüş ailələrin sosial durumunun yaxşılaşdırmaq məqsədi ilə ailə üzvlərindən bir nəfərinin ixtisas (peşə) və iş təcrübəsinə uyğun SOCAR-ın müəssisə və təşkilatında vakant yerlərə müstəsna hal kimi müsabiqə proseduru tətbiq edilmədən müvafiq işlə təmin olunması, ehtiyac olarsa SOCAR-ın Təlim mərkəzlərində onların hazırlanması nəzərdə tutulub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol