• $
  • €
  • ₽
  • ₺
  • £

Afaq Əliyeva: “Azərbaycanda epidemioloji vəziyyət tam sabitdir”

Afaq Əliyeva: “Azərbaycanda epidemioloji vəziyyət tam sabitdir”
04.02.2016 16:30
 "Bu ilin yanvarında 300-dən çox şəxs müayinə olunub. 

Nəticədə Azərbaycanda "donuz qripi” qeydə alınmayıb. Ötən il isə 1400 nəfər üzərində müayinə aparılıb. Onların da arasında "donuz qripi”nə rast gəlinməyib”.  
 
APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, sərhəd-keçid məntəqələrində "donuz qripi”nin qeydə alındığı ölkələrdən gələn şəxslər müayinədən keçirilir.
 
A. Əliyeva əlavə edib ki, Bakı şəhərindəki bütün məktəblər və uşaq bağçalarında 100 faiz dezinfeksiya işləri başa çatdırılıb: "Hər ay məktəb və uşaq bağçalarında iki dəfə dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub. Yaxın zamanlarda məktəb və uşaq bağçalarında dezinfeksiya işləri şənbə və bazar günləri həyata keçiriləcək. Hələ ötən ilin dekabrında Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında "donuz qripi” aşkarlandı. Bununla bağlı həmin ay səhiyyə naziri tərəfindən əmr imzalandı. Dərman preparatları, laborator müayinələrin aparılması, lazımi avadanlıqlarla təminatla bağlı tapşırıqlar verildi”.
 
Direktor müavini qeyd edib ki, xəstəliklər haqda gündəlik məlumatlar toplanır: "2009-cu ildən başlayaraq, Bakı şəhərinin ən böyük xəstəxanalarında kəşfiyyat xarakterli epidemioloji nəzarət tədbirləri təşkil olunur. Epidemioloji vəziyyət tam sabitdir. Eyni zamanda, ağır keçirən xəstələrin yaxmaların götürülməsi üçün ləvazimatlar göndərilib”.
 
A. Əliyeva onu da qeyd edib ki, Azərbaycanda Zika virusu ilə bağlı narahatlıq yoxdur: "Zika virusuna Azərbaycanda yoluxma ehtimalı yoxdur”. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol