• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Sərhəd-keçid məntəqələrində “donuz qripi” qeydə alınmayıb

Nazirlik: Sərhəd-keçid məntəqələrində “donuz qripi” qeydə alınmayıb
04.02.2016 21:51
"Sərhəd-keçid məntəqələrində "donuz qripi” qeydə alınmayıb”.
 
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyinin epidemiologiya şöbəsinin müdiri Yadulla Balışov deyib.
 
O bildirib ki, Gəncə hava limanında 1 nəfər "donuz qripi” şübhəsi ilə Gəncə şəhər xəstəxanasının infeksion şöbəsinə yerləşdirilib: "Bizə verilən məlumata əsasən ora təcili yardım çağırılıb. Aparılan müayinələr nəticəsində həmin şəxsdə "donuz qripi”nin əlamətləri aşkarlanmayıb”.

Şöbə müdiri əlavə edib ki, "donuz qripi”nə qarşı aparılan profilaktik tədbirlər Dövlət Gömrük Komitəsinin səlahiyyətləri çərçivəsindədir: "Lakin buna baxmayaraq, biz öz tərəfimizdən ehtiyac duyulan hallarda onlara metodiki yardım göstəririk. Yaxın vaxtlarda sərhəd-keçid məntəqələrinə yenə də metodiki yardımlar edilib. Profilaktik tədbirlərin necə aparılması, hansı tədbirlərin görülməsi, eyni zamanda profilaktik tədbirlərin bir daha gücləndirilməsi istiqamətində onlara köməklik olunub”.

Y. Balışov qeyd edib ki, "donuz qripi” təhlükəsinə qarşı Respublika Sanitariya-Karantin Müfəttişliyində növbəli iş sistemi həyata keçirilir: "Sərhəd-keçid məntəqələrində insan orqanizmində normadan artıq hərarəti aşkarlayan aparatlar quraşdırılıb. Bizim idarədə növbəli iş sistemi həyata keçirilir. Hər hansı məlumat olan zaman bizə dərhal məlumat verilir. Biz də öz tərəfimizdən həmin məlumatları ərazi tibb müəssisələrinə veririk. Sərhəd-keçid məntəqələrində hərarətli şəxs aşkarlanacağı təqdirdə, ya təcili yardım maşını, ya da ərazi tibb hissəsindən müalicə həkimi çağırılır. Həmin müalicə həkiminin verdiyi rəydən sonra, müvafiq tədbirlər həyata keçirilir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol