• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan pambığın satınalma qiymətini artırır

Azərbaycan pambığın satınalma qiymətini artırır
05.02.2016 15:06
İqtisadiyyat və kənd təsərrüfatı nazirləri pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə görüşüblər

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədov pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə görüşüblər.

"Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Nazirlikdə keçirilən görüşdə pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin pambıqçılığın inkişafı, suvarma sisteminin təkmilləşdirilməsi, aqrolizinq xidmətlərinin genişləndirilməsi, pambıqçılıq sahəsinə daha çox güzəştli kreditlərin ayrılması, toxum və dərman preparatlarının alınmasına subsidiyaların verilməsi barədə təklifləri müzakirə edilib.

Görüşdə pambıq istehsalı və emalı müəssisələrinin nümayəndələri pambıqçılığı təşviq etmək üçün yüksək məhsula görə digər stimillaşdırma tədbirləri ilə yanaşı, daşıma xərclərinin qarşılanacağını və istehsal xərclərinin 90%-nin emalçılar tərəfindən avans olaraq veriləcəyi vurğulanıb.

Bütün bu işlərin həyata keçirilməsi üçün güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə olunacaq.

Görüşdə pambıq istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin bu il əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla birinci növ pambığın 500 manat/tona (2015-ci ildə 410 manat/ton), ikinci növünün 470 manat/tona (2015-ci ildə 390 manat/ton), üçüncü növünün 440 manat/tona (2015-ci ildə 370 manat/ton), dördüncü növünün isə 400 manat/tona (2015-ci ildə 350 manat/ton) qəbul ediləcəyi bildirilib.

Qeyd edək ki, 2016-cı ildə ötən illə müqayisədə 80% çox (30 min ha) sahədə pambıq əkilməsi planlaşdırılır. Bu, iki dəfə çox - 70 min ton xam pambıq tədarükünə, eləcə də fermerlərdən pambığın alış qiymətinin əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaq. Bu kimi tədbirlərin görülməsi məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, pambıqçılıq sahəsində çalışanların sayı ötən illə müqayisədə iki dəfəyə yaxın artacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol