• $
  • €
  • ₽
  • ₺
  • £

​MTRŞ: İTV-nin kommersiya layihələrinə meyillənməsi müəyyən narahatlıq yaradır

​MTRŞ: İTV-nin kommersiya layihələrinə meyillənməsi müəyyən narahatlıq yaradır
09.02.2016 14:52
"İctimai Televizyanın (İTV) efirində yayımlanan "Evakuator şou” verilişində müəyyən gizli reklam elementləri var. Əvvəlki buraxılışlarda bu, çox qabarıq idi. İndi bir qədər azalıb”.

Bunu "Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib.

Onun sözlərinə görə, verilişin qonaqlarının əsasən şou-biznes nümayəndələrindən ibarət olması proqrama müəyyən şou elementləri də qatır: "Veriliş daha çox kommersiya layihəsi təəssüratı yaratsa da, müəyyən maarifləndirici elementlər də var. Ümumiyyətlə İTV-nin efirində bir neçə kommersiya layihələri var. Məsələn, "Müasir ev”, "Bioloji təbabət” və s. Əslində, bu hallar daha çox özəl kanallara xas xüsusiyyətdir. Belə ki, özəl kanallar bu cür kommersiya fəaliyyətinə meyillənərkən, bu, müəyyən qədər başadüşülən olur. Dövlət büdcəsindən maliyyələşən İTV-nin isə kommersiya layihələrinə meyillənməsi müəyyən narahatlıq yaradır. Yayımçı bu məqamı nəzərə almalıdır. İTV-yə verilişlərin çəkilməsi üçün maliyyə vəsaiti ayrılır. Nə ehtiyac var ki, onlar konkret olaraq evakuator xidmətlərindən birinin reklamı üzərində qurulan veriliş yayımlayır?!”

Şöbə müdiri İTV-nin efirində yayımlanan bir sıra verilişlərin isə ümumiyyətlə ölkə tele-radio məkanında öz maarifçi xarakteri ilə seçildiyini vurğulayıb. Xüsusilə, "Qarabağ həqiqətləri” verilişini qeyd edən T.Dadaşov bildirib ki, bu verilişdə Azərbaycanın ən ağrılı problemi ətrafında ciddi mütəxəssislərlə müzakirələr aparılır, həqiqətlər üzə çıxarılır: "Veriliş son dövrlərin ən uğurlu telelayihələrindən biri kimi dəyərləndirilə bilər. Görünür ki, aparıcı özü də verilişdə qoyulan mövzulara dərindən bələddir.
Həmçinin, "Müzakrə vaxtı”, "Ortaq məxrəc”, "Xəmsə”, "Açıq dərs” və s. kimi maarifləndirici verilişləri də qeyd etmək lazımdır”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol