• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda evlənmək istəyən 54 nəfərdə “SPİD” tapıldı

Azərbaycanda evlənmək istəyən 54 nəfərdə “SPİD” tapıldı
09.02.2016 21:22
Ötən ilin yayından bu günə qədər nigaha daxil olmaq istəyən 94 min 400 nəfər tibbi müayinədən keçirilib.

Səhiyyə nazirliyindən Oxu.Az-a  verilən məlumata görə, ölkədə nigaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan 31 dekabr 2015-ci il tarixlərinədək müayinələrdən keçmiş 84 min 600 nəfərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nigaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.

Keçən il müayinədən keçmiş 5 min 534 nəfərdə talassemiya daşıyıcılığı, 239 nəfərdə sifilis, 54 nəfərdə isə QİÇS aşkarlanıb.

Bu ilin ilk ayında 9 min 800 nəfər tibbi müayinədən keçib. Yanvar ayında müayinələrdən keçmiş 246 nəfərin talassemiya daşıyıcılığı, 22 nəfərdə sifilis, 1 nəfərdə isə QİÇS tapılıb.

"Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nigaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.

Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol