• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ sədri ANS-in cərimələnməsi ilə bağlı qərarları qüvvədə saxladı

MTRŞ sədri ANS-in cərimələnməsi ilə bağlı qərarları qüvvədə saxladı
09.02.2016 17:08
Milli Televiziya və Radio Şurası (MTRŞ) 26 fakt üzrə ANS ÇM-lə bağlı qəbul etdiyi qərarlara yenidən baxıb.
 
MTRŞ-in Aparat rəhbəri Toğrul Məmmədov APA-ya açıqlamasında deyib ki, Səbail Rayon Məhkəməsindən MTRŞ-ə qaytarılan işlə bağlı qərar qəbul edilib.

O bildirib ki, Şura sədri Nuşirəvan Məhərrəmli tərəfindən inzibati xətalara dair işə baxılıb və müvafiq cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarlar qəbul olunub: "Yəni əvvəlki qərarlar qüvvədə saxlanılıb”.

Aparat rəhbərinin sözlərinə görə, Səbail Rayon Məhkəməsi prossesual qaydaya müvafiq olaraq belə hesab edib ki, MTRŞ kollegial orqan kimi bu işə baxa bilməz: "Məhkəmə belə əsas gətirmişdi ki, işə Şura sədri tək başına baxmalıdır. Faktla bağlı mübahisə yox idi. Əsas irad bu idi. Buna uyğun olaraq da köhnə qərar ləğv edilib. Şura sədri tərəfindən tək başına işə baxılıb və cərimələr olduğu kimi qüvvədə saxlanılıb. Qeyd edim ki, Şura Televiziya və Radio yayımı haqqında Qanuna və əsasnaməyə əsaslanaraq qərar qəbul etmişdi”.

T. Məmmədov qeyd edib ki, oktyabrda qəbul edilən qərarlar da Apellyasiya Məhkəməsindən Səbail Rayon Məhkəməsinə qaytarılıb: "Hələlik həmin işə baxılmayıb”.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin MTRŞ-a şikayətlərinə baxılıb. Məhkəmə şikayətlər üzrə qərar qəbul edib. Məhkəmənin gəldiyi nəticə bundan ibarət olub ki, MTRŞ verdiyi qərarlara yenidən baxmalıdır. MTRŞ "ANS ÇM” radiosunun inzibati qaydada məsuliyyətə cəlb olunması, yəni cərimə olunması barədə 26 qərar qəbul edib. Həmin qərarlardan şirkət  tərəfindən şikayət verilərək onların ləğv edilməsi istənilib.

Onu da qeyd edək ki, "ANS ÇM” radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar ötən ilin dekabrında MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 000 manat məbləğində cərimə edib.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol