“Sabahın alimləri” V Respublika müsabiqəsi keçiriləcək

Bu ilin 11-13 fevral tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən "Sabahın alimləri” V Respublika müsabiqəsi keçiriləcək.
AMEA İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, fevralın 11-i saat 15:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında müsabiqənin açılış mərasimi olacaq.
Müsabiqə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri üçün təşkil ediləcək.
Ünvan: Bakı şəhəri, H.Cavid pr. 115, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, IV mərtəbə Akt zalı.
www.ann.az
Son xəbərlər 
Daha çox 























