• $
  • €
  • ₽
  • ₺
  • £

"Bələdiyyələr onlara ayrılan yardımın müqabilində nəsə etməkdə maraqlı deyil"

"Bələdiyyələr onlara ayrılan yardımın müqabilində nəsə etməkdə maraqlı deyil"
12.02.2016 14:58
"Azərbaycanda bir çox bələdiyyələrin fəaliyyətinin düzgün qurulması üçün onların müvafiq büdcəsi olmalıdır. Çünki bir çox bələdiyyələr heç işçilərinə məvacib verə bilmir".
 
"Report"un məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlamentdə müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)" məruzə haqqında danışarkən deyib.

Komitə sədrinin sözlərinə görə, bu gün bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna 20-40 min manat borcları var: "Büdcələrinə pul daxil olan kimi dərhal fondun hesabına köçürürlər. Nəzərə alsaq ki, respublika bələdiyyələrinin 14 faizinin əhalisi 1000 nəfərə qədərdir, o zaman onların vəziyyəti daha acınacaqlıdır. Belə bələdiyyələr tənqid edilsə də, cəzalandırılsa da vəziyyət düzəlməyəcək. Ona görə də həmin bələdiyyələrə mütləq dövlət köməyi edilməlidir. Qanunvericilik də buna imkan verir. Bütün bunları nəzərə alaraq dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsait artırılmalıdır".

O, həmçinin qeyd edib ki, bələdiyyələr müəyyən layihələri icra etmək üçün subsensiya almaq hüququna malikdir: "Lakin nə keçən il, nə də bu il müvafiq məqsədlə vəsait yarılmayıb. Heç dövlət büdcəsində də bununla bağlı müvafiq sətir də açılmayıb. Büdcədə builki gərginliyi anlayırıq. Lakin bu şəraitidə bələdiyyələrə ayrılan dotasiyaların bir hissəsi subsensiya yolu ilə ifadə oluna bilərdi".

Spiker Oqtay Əsədov isə komitə sədrinin dediklərinə münasibət bildirərək deyib ki, ilk dövrlərdən bələdiyyələr haqqında pis fikir formalaşmışdı: "Ona görə də ilk növbədə bələdiyyələrin yalnız torpaq satması ilə bağlı düşüncəni bir kənara qoymaq lazımdır. Sizin fikrinizə qatılıram ki, bələdiyyələrə dəstək verilməli, onlara lazımi şərait yaradılmalıdır. Lakin bunun qarşılğında onlardan da hərəkət olmalıdır. Ancaq görünən odur ki, bələdiyyələr bunun müqabilində nəsə etməyə maraqlı deyil. Necə ola bilər ki, bələdiyyələrin bəzisi yaxşı işləyir, bəzisi pis. Demək ki, bu iş əvvəldən yaxşı qurulmayıb. Bələdiyyələrin hesabatını formal bir hesabata çevirməyək. Bizim onlara dəstək verməyimiz üçün onların özlərindən də təşəbbüs gəlməlidir".
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol