Nardarana qazı təyin edildi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən Nardaran qəsəbəsinə qazı təyin olunub.
QMİ-nin təşkilati məsələlər şöbəsinin müdiri Hacı Əlirza Qafarov APA-ya bildirib ki, Nardaran qazısı Hacı Musa Qasımovdur.
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin əmri ilə qazı təyin olunan M. Qasımov Nardarandakı Cümə məscidinin axundu olub. QMİ tərəfindən təyin olunan qazı qəsəbədəki məscidlərin fəaliyyətini əlaqələndirəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























