• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

“Exercises on English Verbals" adlı dərs vəsaitinin təqdimatı keçirildi

“Exercises on English Verbals
17.02.2016 10:12
Fevralın 16-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə İngilis dilinin qrammatikası kafedrasının dosenti Səadət Nuriyevanın "Exercises on English Verbals" adlı dərs vəsaitinin təqdimat mərasimi keçirildi.
 
 
Açılış edən İngilis dilinin qrammatikası kafedrasının professoru Edison Hacıyev Səadət Nuriyevanın yenicə çapdan çıxmış kitabı haqqında fikir söyləməyin onun üçün xoş olduğunu dedi. Elmi redaktoru olduğu kitab haqqında danışan E.Hacıyev dərs vəsaitində önəmli, eyni zamanda çətin anlaşılan mövzulara yer verilməsinə baxmayaraq müəllifin işin öhdəsindən məharətlə gəldiyini söylədi. O, tələbələrə və müəllimlərə dərs vəsaitinin imkanlarından istifadə etməyi tövsiyyə etdi, kitabın ərsəyə gəlməsi münasibəti ilə S.Nuriyevaya təbriklərini çatdırdı.  
 
 
Sonra Səadət Nuriyeva kitab haqqında geniş məlumat verdi. O, kitabın oxucuya verə biləcəyi imkanlardan bəhs edərkən dərs vəsaitində feilin təsriflənməyən formalarından-məsdər, cerund, indiki və keçmiş zaman feili sifətə aid müqayisəli tapşırıqların, tərcümə tapşırıqlarının yer aldığını dedi. O, dərs vəsaitində tapşırıqların izahı və cavablarının da öz əksini tapdığını vurğuladı, bunun da tədris prosesində tələbələrə yardımçı olacağına əminliyini ifadə etdi. Sonda S.Nuriyeva kitabın təqdimat mərasimində iştirak edən və ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
 
 
Təqdimat mərasimində iştirak edən Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva, Linvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, İngilis dilinin leksikologiyası kafedrasının müdiri, dosent Amil Cəfərov kitabın nəfis tərtibata malik olduğunu söylədilər, materialların sistemli şəkildə qruplaşdırılmasının mövzunun asanlıqla qarvanılmasına şərati yaratdığını qeyd etdilər. Onlar müəllifi təbrik etdilər, uğurlarının davamlı olmasını arzuladılar.
 
 
Görüş kitabla bağlı müxtəlif sualların cavablandırılması ilə yekunlaşdı.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Cəmiyyət 23:03
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Sumqayıtda yanğın başlayıb
Cəmiyyət 21:47
Sumqayıtda yanğın başlayıb
Çayda uşaq batıb
Cəmiyyət 21:12
Çayda uşaq batıb
Aeroport yolunda maşın yanıb
Cəmiyyət 20:54
Aeroport yolunda maşın yanıb
Bakının bu ərazisində qaz kəsiləcək
Cəmiyyət 19:53
Bakının bu ərazisində qaz kəsiləcək
Bərdə sakini çayda boğulub
Cəmiyyət 19:10
Bərdə sakini çayda boğulub
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
Cəmiyyət 17:40
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Cəmiyyət 17:36
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Cəmiyyət 17:29
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol