• $
  • €
  • ₽
  • ₺
  • £

DTX-ya yeni vəzifə verilməsi haqqında məlumata aydınlıq gətirildi

DTX-ya yeni vəzifə verilməsi haqqında məlumata aydınlıq gətirildi
17.02.2016 17:58
Fevralın 16-da mətbuatda Dövlət Təhlükəsizliyi Xidmətinə yeni vəzifə həvalə olunması haqqında məlumat yayılıb. 

Söhbət "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli Fərmanından gedir. 

Həmin Fərmanın 5.69-cu bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 597-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərə, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, digər hüquqi şəxslərə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır.

Bununla əlaqədar Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev AzərTac-a bildirib ki, bu bənd İnzibati Xətalar Məcəlləsinin 597-ci maddəsinə aiddir. 

Həmin maddədə söhbət qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulmasından gedir.

Bu maddə xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş bütün hüquqi şəxslərə yox, yalnız həmin şəxslər tərəfindən təsis edilmiş özəl mühafizə müəssisələrinə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) şamil edilir.

Həmçinin bu vəzifə heç də yeni vəzifə deyil. Xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş və mühafizəçilərinin fiziki qüvvə və xüsusi vasitələrdən istifadə etmək hüququ olan özəl mühafizə müəssisələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyətinə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən nəzarət edilməsi imkanları İnzibati Xətalar Məcəlləsinin əvvəlki redaksiyasında da (maddə 348-2) və həmin Məcəllənin tətbiqi barədə 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanın 3.49-cu bəndində də nəzərdə tutulub.

Bu maddə İnzibati Xətalar Məcəlləsinin əvvəlki redaksiyasına "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar 2007-ci oktyabrın 19-da, Məcəllənin tətbiqi barədə 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanın 3.49-cu bəndi isə 2007-ci il noyabrın 23-də həmin Fərmana əlavə edilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol