• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş icra başçısının qızının məhkəməsi başladı

Keçmiş icra başçısının qızının məhkəməsi başladı
20.02.2016 12:10
Şəxsin anket məlumatları dəqiqləşdirilib.

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Abdullayeva barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Report.az bildirir ki, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 2-nə təyin edilib.

Qeyd edək ki, Salyan rayonunun keçmiş icra başçısı Seyran Seyranovun qızı olan 1982-ci il təvəllüdlü Nigar Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin Protokol şöbəsinin rəisi olub. 

O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. N.Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

2015-ci il sentyabr ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. N.Abdullayeva apellyasiya şikayətinin ilkin qərarından kassasiya şikayəti verib. 

Ali Məhkəmə işə baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol