• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq Bank işi ilə bağlı saxlanılanlardan 6 nəfər həbs edildi

Beynəlxalq Bank işi ilə bağlı saxlanılanlardan 6 nəfər həbs edildi
22.02.2016 13:24
Azərbaycan Beynəlxalq Bankı ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılanlardan 6 nəfər barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. Bu barədə qərar ötən il dekabrın 2-də qəbul edilsə də, məlumat indi açıqlanıb.
 
Həmin şəxslərdən Adil Mikayılovun vəkili Azər Tanrıverdi APA-ya bildirib ki, həmin gün 2-də Nərimanov rayon Məhkəməsində prokurorluq orqanının verdiyi vəsatətə baxılıb. Vəkilin sözlərinə görə, prokurorluq A. Mikayılovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib. Məhkəmə həmin vəsatəti təmin edib. A. Mikayılovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, əvəzində ondan başqa yerə getməmə haqqında iltizam alınıb. Məlumata görə, həmin vaxt həbsdə olan daha 5 nəfərin barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. Onlardan 4-ü "Xəzər Menecment Sistem” şirkətinin əməkdaşı olub.
 
Qeyd edək ki, A. Mikayılov "Xəzər Menecment Sistem” şirkətinin rəhbəridir. O, Azərbaycan Beynəlxalq Bankından 80 milyon manat məbləğində kredit götürüb qaytarmaqda təqsirləndirilir. A. Mikayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinə əsasən ittiham olunur.

Onu da qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankın İdarə heyətinin sabiq sədri Cahangir Hacıyevin barəsində ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.
 
Ümumilikdə Azərbaycan Beynəlxalq Bankından kredit götürərək mənimsəməkdə təqsirləndirilən 30-dan çox şəxs saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol