• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda silah satışı açıq şəkildə aparılarsa... – AÇIQLAMALAR

Azərbaycanda silah satışı açıq şəkildə aparılarsa... – AÇIQLAMALAR
22.02.2016 16:56
"Azərbaycanda silah satışı açıq şəkildə aparılarsa, daha yaxşı olar.
Çünki hamı gedib silah alan deyil ki...” - bunu ANN.Az-a açıqlamasında ehtiyatda
olan polis polkovniki, ekspert-kriminalist Mahmud Hacıyev deyib.

Son vaxtlar bölgələrdə və paytaxtın bəzi ərazilərində silahla insanları qətlə yetirmək və hədə-qorxu gəlmə faktlarının sayı artıb. Ölkədə rəsmi qaydada silah satışına icazə verilmir və o zaman bu kimi hadisələrin qanunsuz yolla əldə olunan silahlarla törədildiyi faktı ortaya çıxır.

Ölkədə silahla törədilən cinayətlərin əsas səbəbi nədir? Cinayətkarların əlinə bu silahlar hardan keçir? Azərbaycanda silahın satışına rəsmi şəkildə icazə verilməlidirmi? Bu kimi hadisələrin baş verməsi insanlarda psixoloji gərginliyə səbəb ola bilərmi?

Bu sualları ANN.Az-a ekspert – kriminalist Mahmud Hacıyev və psixoloq Vəfa Əkbər şərh ediblər.

Mahmud Hacıyev: "Qafqazlılar silah-sursata meyilli millətdir” 
 
 
Mahmud Hacıyev 

Ekspert-kriminalist Mahmud Hacıyevin sözlərinə görə, belə cinayətlər daha çox ov tüfəngi ilə həyata keçirilir: "Çünki ov tüfənginin satışına açıq şəkildə icazə var. Ola bilsin, həmin şəxs qısqanclıq zəmnində hansısa emosiyalara qapılıb qarşı tərəfə atəş açır. Ov tüfəngi ilə digər silahlar arasında fərq çoxdur. Ancaq bu o demək deyil ki, buna görə ov tüfənginin satışı dayandırmalıdır. Mən belə hesab eləmirəm”.  

Sabiq polis rəisin fikrincə, satışı qadağan olmuş silahla cinayət törədilməsi faktı ayrı məsələdir: "Bunun əsas səbəbi odur ki, Azərbaycan müharibə bölgəsi hesab edilir. Rusiya ordusu Azərbaycanı tərk edəndə silahları, texnikanı kor-koranə qəsdən atıb getdilər. Amma əslində silahlar qanun çərçivəsində təhvil-təslim edilməli idi. Uzun müddət bölgələrdə müharibə getdi, müəyyən qaçqın-köçkünlər oldu ki, onlarda özləri ilə müəyyən sayda silah gətirdilər. Ümumiyyətlə, qafqazlılar  silaha meyilli millətdir. Çalışırlar ki, ciblərində hökmən silah olsun. Bütün bu amillər əldə olan silahların sayının artmasına təsir etdi”.

Kriminalist Azərbaycanda silah satışının açıq şəkildə olmasını məqsədəuyğun hesab edir: "Çünki hamı gedib silah alan deyil ki? Silahın da müəyyən qiyməti var. Silahı alanda dəqiqliklə balisstik ekspertizadan keçirilir. Onun nömrəsi qeyd olunur, silahın gülləsində olan gilizlərin də qeydiyyatı aparılır”.  

Ehtiyatda olan polis polkovniki  qeyd edib ki, dünyanın bir çox ölkəsində silahın satışına açıq şəkildə icazə verilir: "Subyektiv fikrim budur ki, silahın açıq satışına icazə verib, bunun qeydiyyatını rahat şəkildə aparsalar, daha yaxşı olar. Çünki əks təqdirdə əldə olan silahların sayı heç də azalmayacaq, əksinə qanunsuz silah saxlayanların sayı çoxalacaq. Hətta qanuni yolla silah satışı bir çox cinayət faktlarının, cinayətkarların tezliklə tapılmasında yardımçı olacaq. Çünki artıq silahın qeydiyyatı aparılıb. Bilinir ki, filan saylı silah kim tərəfindən alınıb, kimə satılıb. Qaldı, cinayət törədilməsi məsələsinə, cinayət törətmək istəyən şəxs necə olur-olsun, silah tapıb niyyətini reallaşdıracaq”. 

Vəfa Əkbər: "Bu cür faktların artmasında KİV-lərin də günahı var”
 
 
Vəfa Əkbər 

Psixoloq Vəfa Əkbərin sözlərinə görə, iradəsi zəif insanlar daha çox qisas almağa meyilli olurlar: "Psixoloji durumu zəif olanlar, əsəbi olanlar, digər xəstəliklərdən əziyyət çəkən insanlar hər hansı problemin həllinə nail olmaqdansa, bu cür üsullardan istifadə edirlər. Onlar ən çox fiziki cəzaya üstünlük verirlər və bu cinayəti törətməyə meyilli olurlar. Silahla insident törədən şəxslər özlərinin kiçik problemlərini çox böyüdüb bunun həllini yalnız silahda axtarırlar. Və bunu qürur məsələsinə çevirirlər. Halbuki bu zəifliyin əlamətidir. O qürurlarına əyilmədikləri səbəbindən cinayəti törədirlər”. 

Psixoloqun fikrincə, cəmiyyətdə belə halların artmasının əsas səbəbi insanlarda ünsiyyət formasının pozulması, sosiallaşmağa doğru getməmələridir: "Bu cür faktların artmasında KİV-lərin də günahı var. Bu oğrunun yadına daş salmaq kimidir. Xəbər portalları, telekanallar, radio kanalları bu kimi xəbəri verdikdə həmin cinayəti törətmək istəyən şəxs üçün göydən düşmə bir fürsət olur. İnformasiyanın məhz bu şəkildə verilməsi əksəriyyət üçün xəbər kimi düşünülsə də, bəzi iradəsi zəif insanlar üçün fürsətdən başqa bir şey deyil”.      

Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol