• $
  • €
  • ₽
  • ₺
  • £

Türk kanalları Xocalı soyqırımı ilə bağlı canlı yayımlar həyata keçirəcək

Türk kanalları Xocalı soyqırımı ilə bağlı canlı yayımlar həyata keçirəcək
23.02.2016 14:03
"TRT ənənəsinə sadiq qalaraq, Xocalı soyqırımı haqqında həqiqətləri 25 və 26 fevral tarixlərində canlı yayımlarla "TRT 1”, "TRT Haber”, və  "TRT Avaz” kanalları vasitəsilə dünyaya çatdıracaq”.
 
Bu barədə APA-ya TRT-nin Bakı təmsilçiliyindən məlumat verilib. Bildirilib ki, "TRT Avaz” kanalının çəkiliş qrupu 24-26 fevral tarixlərində Bakıda olacaq. Onlar Azərbaycan Dövlət Televiziyasının texniki dəstəyi ilə Qız Qalası və Xocalı abidəsi önündən canlı yayım həyata keçirəcək. 
 
TRT-nin Bakı təmsilçisi Yıldıray Arslanin verdiyi məlumata görə, "TRT Avaz” Kanal koordinatoru Murat Akkoç və "Detay 13” proqramının aparıcısı Gökçən Oğanın rəhbərlik etdiyi çəkiliş qrupu 2 gün boyunca Bakıda silsilə canlı yayımlar reallaşdıracaq. O, hər il olduğu kimi, bu il də anım günlərində eyni həssaslıqla hazırlanan proqramların, Xocalı şahidlərindən alınan müsahibələrin, sənədli filmlərin və kliplərin "TRT Avaz”,  "TRT Haber” ekranlarında yayımlanacağını bildirib. Bununla yanaşı, TRT Bakı Təmsilçiliyinin hazırladığı  "Xocalının Şahidləri” adlı 12 bölümdən ibarət proqram TRT kanallarında yayımlanacaq.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol