• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da Ümumdünya Mülki Müdafiə Günü qeyd olundu - FOTOLAR

ADU-da Ümumdünya Mülki Müdafiə Günü qeyd olundu - FOTOLAR
02.03.2016 21:12

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanovanın təşəbbüsü və təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirildi.
 
ANN.Az xəbər verir ki, ADU-nun professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları idarəsinin rəsmisi, polkovnik Qüdrət Ağayev Ümumdünya Mülki Müdafiə Günü və ölkə qanunvericiliyində mülki müdafiənin tələbləri haqqında ümumi məlumat verdi. Fövqəladə hallar zamanı idarəetmənin təşkilindən danışan polkovnik, həmçinin insanların vəzifə və rütbəsindən asılı olmayaraq təhlükəsizlik qaydalarına əməl etməsinin vacibliyindən danışdı. Hər bir kəs özünün və ətrafdakıların təhlükəsizliyindən cavabdeh olmalıdır deyən nazirlik rəsmisi bu istiqamətdə biganəliyin yol verilməz olduğunu sözlərinə əlavə etdi. O, ölkəmizə xas olan təbii fəlakətlər, texnogen qəzalar və onların nəticəsinin aradan qaldırılması yönündə aparılan profilaktik tədbirlərdən bəhs etdi və təmsil etdikləri qurumun yarana biləcək hər cür hadisəyə dərhal reaksiya verməyə qadir olduğunu söylədi. Bu işlərin təkcə ölkə miqyasında deyil, eyni zamanda beynəlxalq müstəvidə də həyata keçirildiyini deyən Q.Ağayev qurumun arsenalında müasir standartlara cavab verən müasir texniki baza və savadlı mütəxəssislərin yer aldığını diqqətə çatdırdı.
 
Çıxışının sonunda Qüdrət Ağayev tədbirin həyata keçirilməsində yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürünü bildirdi, belə görüşlərin davamlı olacağına əminliyini bildirdi.
 
Daha sonra FHN-nin yaranması, fəaliyyəti və strukturu haqqında məlumatları əks etdirən videoçarx nümayiş olundu.
 
Radiasiya kimya laboratoriyasınının mütəxəssisi baş leytenant Fərhad Mikayılov nazirliyin material bazası haqqında əyani vasitələr ilə məlumat verdi. O, suda, havada olan çirklənməni, radiasiyanı, müəyyən qrup qazları aşkarlayan cihazlar və onların taktiki, texniki göstəriciləri, əleyhqaz, kimyəvi qəza zamanı istifadə olunan dəri mühafizə geyimlərinin növləri haqqında məlumat verdi, onlardan bəzilərini iştirakçılara təqdim etdi. O, həmçinin məişətdə tez-tez rast gəlinən civə təhlükəsi və onun ev şəraitində neytrallaşdırılması yolları barədə danışdı.
 
Sonda çıxış edən kafedrasının müdiri, dosent Sevda Zamanova maarifləndirici təbdbirlərin keçirlməsinin ənənəvi hal aldığını xatırlatdı, bu işdə göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə və Qüdrət Ağayevə  təşəkkürünü bildirdi. O, dərs prosesində nəzəri hissənin tədris edildiyini amma, əyani vəsaitlərin çatışmadığını söylədi, bu baxımdan tədbirin həyata keçirilməsinin təqdirəlayiq olduğunu sözlərinə əlavə etdi.
 



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol