• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da ictimai iştirakçılığı gücləndirmək məqsədi ilə dərs prosesi izlənildi - FOTOLAR

ADU-da ictimai iştirakçılığı gücləndirmək məqsədi ilə dərs prosesi izlənildi - FOTOLAR
03.03.2016 20:59
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanda ali təhsil müəssisələrində ictimai iştirakçılığı gücləndirmək məqsədi ilə sosioloji-tədqiqat işi aparıldı.
 
Belə ki, universitetin İctimaiyyətlə Əlaqələr Departamentinin təşəbbüsü, ADU, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi, "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində Dillər Universitetində Pedaqoji (ingilis dili-fransız dili) fakültənin I və III kurs üzrə tədris prosesi izlənildi. İzləmə prosesində Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT əməkdaşlıq və məlumat şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sahəsində İnstitusional İnkişaf üzrə koordinator Elçin Sərdarov, "Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin sədri Fuad Dərgahlı, fakültə dekanı, dosent Vəfa Babayeva, Kurrikulum və Keyfiyyətə Nəzarət Departamentinin müdiri Şəfəq Şahməmmədova, həmçinin televiziya kanalları və digər media nümayəndələri iştirak edirdi.
 
Respublika prezidentinin mütəmadi olaraq öz çıxışlarında ölkədə ictimai iştirakçılığın artırılması, dövlət orqanlarının təhsil müəssisələrində ictimai nəzarəti daha da gücləndirməsi və şəffaflığın artırılmasını vurğulayıb. Bütün bunlara uyğun olaraq ölkədə gedən proseslərin daha düzgün,  obyektiv qiymətləndirilməsi üçün gələcəkdə ümumi işimizin keyfiyyətini artırmaq, təkmilləşdirmək, təhsil sistemində daha uğurlu islahatlara nail olmaq, fəaliyyəti səmərəli davam etdirmək və bu proseslərdə ictimai iştirakçılığı gücləndirmək məqsədi ilə ADU-da sosioloji-tədqiqat işi həyata keçirildi.
 
 
İzləmə prosesi zamanı, həmçinin Azərbaycan Dillər Universiteti, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin, "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi tərəfindən hazırlanan sosial tədqiqat işinin tərkib hissəsi kimi bütün fakültələr üzrə tələbələr arasında sorğu keçirildi. Sorğu anketi "Sizin oxuduğunuz təhsil müəssisəsində tədris prosesində və sessiya imtahanları zamanı şəffaflığın təmin olunması, ictimai iştirakçılıq və s. kimi məsələlər kifayət qədər yaxşı təşkil olunubmu?, "Müəllimin tədris etdiyi fənnə olan məsuliyyətindən razısınızmı?”, "Dərs prosesində tələbə biliklərinin qiymətləndirilməsinin meyarlarından razısınızmı?” və digər bu kimi sualları özündə əks etdirirdi.
 
 
Qeyd edək ki, Təhsil müəssisəsində tədris zamanı tələbənin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin və qərəzsizliyin təmin olunmasında ictimai iştirakçılığı nəzərdə tutan izləmə prosesində universitet daxilində tələbə-müəllim münasibətlərinin sosioloji tədqiqat işinin nəticələri açıqlanacaq.
 




www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol