• $
  • €
  • ₽
  • ₺
  • £

Liviya sahillərində itkin düşdüyü iddia edilən azərbaycanlının kimliyi məlum oldu

Liviya sahillərində itkin düşdüyü iddia edilən azərbaycanlının kimliyi məlum oldu
09.03.2016 18:59
Türkiyədən Liviyaya gəmi aparan üç azərbaycanlıdan sonuncusunun kimliyi məlum olub.

Bu barədə APA-ya gəmidə olan azərbaycanlı Fərid Əliyevin qardaşı Zaur Əliyev məlumat verib.
 
O bildirib ki, həmin şəxs Möhlüd Rəşidbəylidir. Onun kimliyini Türkiyədə çalışan dənizçi Zaur Ağalıyevin sayəsində öyrənmək mümkün olub.
 
Bu gün F. Əliyevin ailəsi gəmidə kapitan olan Namiq Salamovun ailəsi ilə birlikdə Xarici İşlər Nazirliyinə gedərək ailə üzvlərinin tapılmasında köməklik göstərilməsini istəyiblər: "Namiq Salamovun ailəsinin axtarışlarımızdan yalnız dünən xəbəri olub. Digər şəxs barədə isə bu gün bilmişik”.
 
Xatırladaq ki, 3 azərbaycanlı "Gebze Denizçilik” şirkətində işləmək üçün Türkiyəyə gedib. Z. Əliyevin sözlərinə görə, onlar şirkətə məxsus gəmini Liviyaya aparmaq üçün yola çıxıblar. Onlarla birlikdə gəmidə Türkiyə vətəndaşı olub. Ailəsi F. Əliyevlə sonuncu dəfə fevralın 21-də əlaqə qura bilib. Həmin vaxt dənizçi Yunanıstan sahillərində ciddi qəza keçirdiklərini, hər şeyin yaxşı olduğunu və Liviyaya 3 gündən sonra çatacaqlarını deyib. "Onlar dənizçidir, bəzən uzun müddət səsləri çıxmaya bilər, zəng çatmır. Lakin bizi şübhələndirən o oldu ki, kapitan Namiq Salamov fevralın 27-də Azərbaycana gəlməli idi. Onun gəlməməsi şübhə yaradıb. Biz şirkət rəhbərliyi ilə əlaqə saxladıq. Şirkətin rəhbəri Ərcan Dəliürək bildirib ki, hazırda xaricdədir, Namiqlə əlaqə saxlayır, hər şey qaydasındadır. Deyib ki, motor xarabdır, tezliklə əlaqə saxlamaq mümkün olacaq. Lakin bu məlumatları bizə telefonla deyirlər, canlı sübut yoxdur. Səsi yazıb göndərsinlər, biz də inanaq”, - deyə F. Əliyevin qardaşı bildirib.  
 
Əlavə edək ki, yaxınları dənizçilərlə fevralın 21-dən əlaqə qura bilmirlər. Məsələni Azərbaycanın Türkiyədəki səfirliyi diqqətdə saxlayır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirib ki, XİN işləmək üçün Türkiyəyə gedən və yaxınları tərəfindən itdiyi iddia edilən 3 nəfər Azərbaycan vətəndaşının taleyi ilə bağlı araşdırmalara başlayıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol