• $
  • €
  • ₽
  • ₺
  • £

Tarix İnstitutu ilə Kunstkamera arasında da elmi əməkdaşlıq haqqında müqavilə imzalandı

Tarix İnstitutu ilə Kunstkamera arasında da elmi əməkdaşlıq haqqında müqavilə imzalandı
11.03.2016 15:23
Martın 11-də Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun "Azərbaycan-Rusiya münasibətləri tarixi” şöbəsinin fəaliyyəti çərçivəsində Rusiya Elmlər Akademiyasının (REA) Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyinin (Kunstkamera) direktoru, tarix elmləri doktoru Yuri Kirilloviç Çistov ilə görüş keçirilmişdir.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov tədbiri açaraq institutun beynəlxalq elmi əlaqələrindən söz açmışdır: ""Azərbaycan-Rusiya münasibətləri tarixi” şöbəsinin fəaliyyəti çərçivəsində Rusiya Federasiyasının (RF) Moskva, Sankt-Peterburq, Kazan, Şimali Qafqaz və digər bölgələrinin elmi mərkəzləri ilə əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır”.

Tədbirdə vurğulandı ki, Tarix İnstitutu Rusiyanın arxivləri ilə əməkdaşlıq edir. Tarix İnstitutu 2015-ci ilin oktyabrında RF-nin Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu, 2016-cı ilin martında isə RF Tatarıstan Respublikası Elmlər Akademiyasının Şəhabəddin Mərcani adına Tarix İnstitutu ilə elmi əməkdaşlıq haqqında müqavilə imzalamışdır.

Daha sonra Tarix İnstitutu ilə Kunstkamera arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalandı. Müqaviləni Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Kunstkameranın direktoru, tarix elmləri doktoru Yuri Çistov imzaladılar. Bu müqavilə iki elmi müəssisə arasındakı elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi daşıyır. Tədbirdə bildirildi ki, bu elmi əməkdaşlıq iki ölkə arasında münasibətlərin mühüm tərkib hissəsidir və xalqlar arasında dostluq münasibətlərini möhkəmləndirir.

Yaqub Mahmudov bildirdi ki, Azərbaycan tarixçi-alimləri Kunstkamera ilə əməkdaşlığa çox şaddırlar. Vurğulandı ki, Rusiyanın ilk muzeyi olan Kunstkamera Sankt-Peterburq şəhərində yerləşir və I Pyotr tərəfindən yaradılıb.

Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyinin direktoru Yuri Çistov bildirdi ki, Kunstkamera XVIII əsrin əvvəllərindən Rusiya Elmlər Akademiyasının simvolu hesab olunur.

Qeyd edək ki, 2015-ci ilin dekabrında Azərbaycanın tarixçi-alimləri Sevinc Əliyeva, Firdovsiyyə Əhmədova, Fərəh Hüseyn Kunstkamerada araşdırma aparmışlar və onlar muzeyin fondlarında Azərbaycan tarixinə və mədəniyyətinə aid materiallar aşkar etmişlər. Bundan sonra Kunstkamera ilə elmi əməkdaşlıq daha da genişləndiriləcəkdir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol