Daxili İşlər Nazirliyində yeni baş idarə yaradıldı

Daxili İşlər Nazirliyində (DİN) yeni baş idarə yaradılıb.
"Report”un xəbərinə görə, bununla bağlı müddəa Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərmanda yer alıb.
Sənədə əsasən, DİN-də Maddi-Texniki Təminat Baş İdarəsi yaradılıb.
Əvəzində, DİN-in Əsaslı Tikinti İdarəsi ləğv edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























